İlham Əliyev və Vladimir Putin görüşüb

Şəklin mənbəyi, Getty Images
Rusiya prezidenti Vladimir Putin Bakıda prezident İlham Əliyevlə görüşüb.
Görüşdən sonra onlar çıxış ediblər, prezidentin saytında məlumat verilir.
Bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk dəfə Bakıda birgə görüşünün keçiriləcəyi gözlənilir. Görüşdə ölkələr arası ticari əlaqələr, xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri bazar günündən başlayıb. Həmin gün o, prezident Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirib və Azərbaycan-İran arasında bir sıra sənədlər imzalanıb.
Bəzi politoloqlar düşünür ki, 3 ölkə liderinin ilk dəfə bir araya gəlməsindən "müsbət nəticə gözləməyə dəyməz", digər bir qrup isə <link type="page"><caption> görüşün iqtisadi perspektivini yüksək qiymətləndirir</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160805_azeri_iran_russian_meeting" platform="highweb"/></link>.
Azad ticarət zonası
Azərbaycan və İran prezidentlərinin keçirdiyi görüşün sonunda onlar mətbuat qarşısında çıxış ediblər. Prezident Əliyev qeyd edib ki, yaxınlarda İran texnologiyası ilə çalışan <link type="page"><caption> dərman zavodunun bünövrəsi qoyulacaq</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/08/160807_iran_azerbaijan_presidents" platform="highweb"/></link>.
O əlavə edib ki, Azərbaycan bu ilin sonuna kimi öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq.
İmzalanan sənədlər arasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək məqsədi daşıyan Memorandum da var.
İran prezidenti Həsən Ruhani deyib ki, iki ölkə arasında ticarət sahəsində rüsumların azaldılmasına çalışmaq lazımdır.
"Sonda iki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik,” cənab Ruhani mətbuat konfransında bildirib.
Həmçinin o, deyib ki, azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşlərdə "terrorizmə qarşı mübarizə və iqtisadi əməkdaşlıq" sahəsində razılaşmaların əldə ediləcəyinə inanır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bundan əvvəl Azərbaycana 2014-cü ilin noyabrında <link type="page"><caption> rəsmi səfər etmişdi</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2014/11/141113_rohani_aliyev_speeches" platform="highweb"/></link>.
Vladimir Putin Azərbaycana sonuncu dəfə 2013-cü ilin avqustunda <link type="page"><caption> işgüzar səfər etmişdi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2013/08/130814_putin_aze_gallery" platform="highweb"/></link>.




