Qafqaz universitetinin bağlanması sosial mediada: "O qədər tələbə..."

Şəklin mənbəyi, qu.edu.az

Qafqaz universitetinin bağlanması xəbəri daxil olan kimi sosial media istifadəçiləri xüsusilə Twitterdə qəzəblərini və kədərlərini bölüşüb.

Hadisə ilə bağlı Twitterdə yüzlərlə şərh daxil olub.

"Mən masterdə Qafqazı istəyirdim, axı təhsilimi əngəlləyirlər", yazıb @Rustemova_Leman.

@MerdiMazar ləqəbli istifadəçi qeyd edib ki, Qafqaz "ən güclü universitet idi, demək olar. O qədər təcrübə, o qədər kadr, o qədər tələbə kiminsə maraqlarına görə heçnə oldu getdi".

Çoxu universitetin Fethullah Gülenlə əlaqələndirildiyini qeyd edərək hadisəni ANS telekanalının bağlanmasına da bağlayıb.

Şəklin mənbəyi, Other

Cavid Ağanın fikrincə "Erdoğana görə Azərbaycan bu yaxınlarda telekanalı bağladı, indi də universiteti. Bəli, "Qafqaz" universiteti bağlanılır".

Həmin fikri bölüşən Fuad Mammadzada belə bir mem paylaşıb:

Şəklin mənbəyi, Other

"Sənə də Harvardı bağlatdıracağam, narahat olma" - @fuad_mammdzadeh "Erdoğanın adından" yazıb.

Aztwi analitika saytına əsasən bu, cümə axşamı günü azərbaycanlı Twitter istifadəçiləri arasında "Günün ən çox baxılan şəkli" olub.

@IlqarHaci yazıb ki, "sabah kitabları küçəyə töküb yandırsalar təəccüblənmərəm".

Müxalif jurnalist Firkət Hüseynli Facebook-da yazıb: "ANS-in gününə düşmək, Qafqaz Universiteti kimi bağlanmaq istəmirsinizsə, gündən, aydan, eşq-məhəbbətdən yazın".

Bəzilərisə məsələyə yumor və istehza ilə yanaşıb.

"Gözünüz aydın, Qafqaz Universitetini də bağladılar, qaldı Qafqaz Otellər və Qafqaz Müsəlmanları İdarəsi" - @MirhemidEhmedl1 adlı istifadəçi yazıb.

Az sonra Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə xəbər daxil oldu.

"Təsəvvür elə, Qafqaz tələbəsisən, səhər durub görürsən ki, Kooperasiyada oxuyursan", @FariDadashov tvitləyib.

Bakı Ali Neft Məktəbinin bəzi tələbələri də xəbərdən "şoka" düşüb:

"BANM olaraq shokdayiq :D", @Ceceel_ yazıb. "Birdən birə böyüdük".

@simumu_Qafqaz universitetinin tələbələrini salamlayaraq "xahiş edirəm, mehriban olun" yazıb.

"Səhər kiçik bir korpusumuz varkən artıq 3 kampusumuz var".

<italic>Siz Qafqaz universitetinin bağlanması barədə xəbəri necə qarşıladınız? <link type="page"><caption> Facebook</caption><url href="https://facebook.com/BBCAzeri/" platform="highweb"/></link>, <link type="page"><caption> Twitter</caption><url href="https://twitter.com/bbcazeri" platform="highweb"/></link> və ya <link type="page"><caption> VK</caption><url href="https://new.vk.com/bbcazeri" platform="highweb"/></link> səhifəmizdə şərhlərinizi bildirin</italic>.