Daha 10 ölkə Azərbaycanda sadələşdirilmiş viza ala biləcək

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları fevralın 1-dən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi ilə təmin ediləcək, Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik bildirir ki, bu addım "insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə" həyata keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin BBC Azərbaycancaya bildirdiyinə görə, vizanın sadələşdirlməsinə baxmayaraq viza rüsumları əvvəllər olduğu kimi qalır.
"Bu ölkələrin seçimində isə yalnız bir amil deyil, kompleks məsələlər nəzərdən keçirilib. Bu məsələlərə ölkələr arası turizm və biznes əlaqələrinin perspektivləri də daxildir", nazirlik rəsmisi əlavə edib.
Nazirliyin məlumatına görə, qərar Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında <link type="page"><caption> verdiyi tapşırıqların</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150713_ilham_aliyev_quotes" platform="highweb"/></link> icrasının nəticəsidir.
<italic>Həmçinin oxuyun - <link type="page"><caption> İlham Əliyevin Nazirlər Kabineti çıxışından əsas sitatlar</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150713_ilham_aliyev_quotes" platform="highweb"/></link></italic>
Gələcəkdə sadələşdirilmiş vizanın tətbiq olunacağı ölkələrin siyahısının genişləndirilməsinə gəlincə isə, Hikmət Hacıyev bu haqda danışmağın tez olduğunu düşünür.
"Hazırda sadələşdirilmiş vizaların tətbiq olunduğu ölkələr yalnız bunlardır. Digər ölkələr haqqında şərh vermək bir qədər erkən xarakter daşıyır", o, əlavə edir.
Bu qaydalar ötən ilin noyabr ayının 10-dan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir, məlumatda deyilir.





