İlham Əliyev iqtisadi və sosial vəziyyətlə bağlı müşavirə keçirib

Şəklin mənbəyi, Getty
Azərbaycan prezidenti yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
Ölkə başçısı 2015-ci ildən dünyada neftin qiymətinin düşməsi və bunun yaratdığı çətinliklərdən danışıb.
Prezident neftin qiymətinin son bir ildə dörd dəfə düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün addımlar atdığını deyib.
İlham Əliyev həmçinin Nazirlər Kabinetinin son iclasında toxunulan məsələr barədəı danışıb və ölkədə islahatların dərinləşməsinin vacib olduğunu bildirib.
Süni bahalaşma
Azərbaycan prezidenti çıxışında süni bahalaşmaya da münasibət bildirib və qiymətlərin süni şəkildə qaldırılmasına qarşı mübarizənin əhəmiyyətli olduğunu deyib.
O, “görülən tədbirlər nəticəsində” çörəyin və unun qiymətinin aşağı salındığını bildirib.
<bold>Həmçinin oxuyun:</bold><link type="page"><caption> Bakıda un və çörək hansı qiymətlərə satılır?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/01/160114_bread_prices_observation" platform="highweb"/></link>
Cənab Əliyev həmçinin struktur dəyişiklikləri haqqında danışıb. Onun sözlərinə görə, “lasımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”.
Manata inamsızlıq
O həmçinin valyuta bazarının tənzimlənməsi üçün göstərişlərin verildiyini və Milli Məclisin növbədənkənar iclasında məsələyə baxılacağını bildirib.
Prezidentin rəsmi saytında verilən məlumata görə, İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramənın hazırlandığını da qeyd edib.
Prezident manatın məzənnəsinin sabit saxlanılmasının təkcə hökumətdən asılı olmadığını və bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını bildirib.
O deyib ki, bu sahədə görülməsi vacib olan tədbirlər manata olan inamı artıracaq.
İlham Əliyev çıxışı zamanı həmçinin ölkənin xarici borcları, qeyri-neft sektorunun inkişafı, regionlara qoyulan investisiyalar və Azərbaycanda həyata keçirilən tikinti layihələrinə əngəllər barədə danışıb.




