Məmməd İbrahim özünü "zərərçəkmiş" hesab edir

Şəklin mənbəyi, AXCP

Cümə günü AXCP sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Onun vəkili Yalçın İmanovun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi 5 vəsatət qaldırıb.

Vəsatətlər cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəzlənməsi, yolverilməz sübutların işdən xaric edilməsi, müvəkkilinin dəmir qəfəsdən çıxarılıb vəkilin yanında əyləşməsinə və iclas protokolunun təhrif olunması üçün prosesdə audio və video çəkilişinin aparılmasına icazə verilməsi barədə olub.

Bunlardan yalnız Məmməd İbrahimin dəmir qəfəsdən çıxarılması təmin olunub, cənab İmanov BBC Azərbaycancaya deyib.

Cənab İmanovun sözlərinə görə, cümə günü baş tutan məhkəmə prosesində zərərçəkənlər iştirak etməyib.

Məmməd İbrahim sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində <link type="page"><caption> saxlanılıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151003_opposition_activist_arrest" platform="highweb"/></link>.

Mikayıl Quliyev adlı şəxs sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirib.

Noyabrın əvvəlində isə AXCP sədrinin müşavirinə qarşı ittiham <link type="page"><caption> ağırlaşdırılıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151111_mammad_ibrahim" platform="highweb"/></link>.

Əvvəlcə "xuliqanlıqda" ittiham olunan cənab İbrahim sonradan "vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda" təqsirləndirilib.

Vəkil Yalçın İmanov deyir ki, müvəkkili həbsini "qanunsuz" hesab edir və heç bir cinayət əməli törətmədiyini bildirir.

"O, ictimai -siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir", vəkil qeyd edir.

Məhkəmə baxışı 28 dekabra təyin olunub.