Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib

Şəklin mənbəyi, mtn.gov.az
Azərbaycan prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Nazirin azad olunması barədə xəbər prezident.az vebsaytında yerləşdirilib.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin", - dövlət başçısının sərəncamında deyilir.
Rəsmi məlumatda MTN rəhbərinin azad olunmasının səbəbləri göstərilmir.
Eldar Mahmudov nazir vəzifəsinə 2004-cü ildə təyin olunub.
Onun yerinə hələ ki, heç kim təyin olunmayıb.
Son günlər hökumətdə müəyyən dəyişikliklərin olunacağı barədə çoxsaylı şərhlər yayılıb. Lakin işdən çıxarılacağı güman edilən nazirlər arasında Eldar Mahmudovun adı olmayıb.
STY40873847Ziya Məmmədov haradadır?Ziya Məmmədov haradadır?Nazir Ziya Məmmədovun oktyabrın 12-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında iştirak etməməsi nazirin ətrafında dolaşan şaiyələri daha da artırıb.2015-10-13T10:07:24+00:002015-10-13T15:09:03+00:002015-10-13T15:09:03+00:002015-10-13T15:09:03+00:00PUBLISHEDaztopcat2




