Suriyada "döyüşən" azərbaycanlılar saxlanılıb

Şəklin mənbəyi, IS
Suriyada İslam Dövləti qruplaşmasının tərkibində döyüşməkdə ittiham edilən beş azərbaycanlı saxlanılıb.
Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illərdə müxtəlif vaxtlarda Suriya və İraq ərazisində İslam Dövləti, Cəbhətül-Nusra və Cumdul-Xilafə təşkilatlarının fəaliyyətində iştirak ediblər, APA Milli Təhlükəsizlik Nazirliyinə istinadən yazıb.
Onlar silahlı birləşmələr və ya qruplar yaratma, terrorçuluğa hazırlıq, dini məzhəbləri yayma və dini düşmənçilik zəminində silahlı münaqişələrə cəlb etmə, iştirak etmə və ya döyüş təlimləri keçmədə ittiham edilib və barələrində həbs qətimkan tədbiri seçilib.
Bu il ərzində Milli Təhlükəsizlik Nazirliyi İD tərkibində döyüşməkdə ittiham edilən ən azı 38 azərbaycanlını saxlayıb, onlardan 19-u barəsində uzun müddətli həbs qərarı çıxarılıb, BBC Monitorinq Azərbaycan mediasında paylaşılan məlumatlara əsasən bildirir.

