MTN "İD-ə qoşulmuş" 5 nəfəri tutub

Şəklin mənbəyi, mtn.az
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi keçirdiyi anti-terror əməliyyatları zamanı 5 nəfəri şübhəli şəxs qismində saxladığını açıqlayıb.
Həmin şəxslər - Rövşən Mikayılov, Şirxan Xasaylı, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illərin müxtəlif vaxtlarında Suriya və İraqda qanunsuz silahlı birləşmələrin, o cümlədən "İslam Dövləti" qruplaşmasının fəaliyyətində iştirak ediblər, APA nazirlikdən sitat gətirir.
Şirxan Xasaylı, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov barəsində həbs-qətimkan tədbiri seçilib.
Rövşən Mikayılov barəsində isə istintaq tamamlanıb və Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun barəsində 13 il azadlıqdan məhrumetmə cəzası seçib.
Onlar, qanunsuz silahlı birləşmələr və ya qruplar yaratma, silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə maddələri ilə ittiham olunub.
