Ermənistan: "Azərbaycan dronlarımızı vurmayıb"

Şəklin mənbəyi, noncredit
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Ermənistana məxsus iki pilotsuz təyyarənin vurulması haqqında məlumatını təkzib edib.
Bu barədə öz Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan yazıb.
İyulun 4-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus iki pilotsuz uçan aparatın vurulduğunu bildirib.
Nazirliyin saytında yerləşdirilmiş məlumata əsasən, "cəbhənin Tərtər rayonu istiqamətində 2 ədəd pilotsuz uçan aparat məhv edilib".
Məlumata qeyd olunur ki, dronlar Azərbaycan ordu hissələrinin "sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində" vurulub.
"Cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.


