Tom de Waal: İndi real müharibə təhlükəsi var

Şəklin mənbəyi, Azeri MOD
Erməni helikopterinin təmas xətti kimi tanınan və Dağlıq Qarabağda Azərbaycan və erməni qüvvələrini bir-birindən ayıran atəşkəs xəttində vurulması 1990-cı illərdə müharibəyə son qoymuş atəşkəs sazişindən bəri, iyirmi ildən çox bir müddətdə baş vermiş ən pis insidentdir, münaqişə üzrə ekspert, ABŞ-ın Carnegie Endowment institutunun baş təhlilçisi Thomas de Waal yazır.
Üç erməni hərbçi həlak olub və helikopteri vurmuş Azərbaycan zabitinə igidliyə görə medal verilib.
Bu, ötən yayda hər iki tərəfdən 20 əsgərin ölümü ilə nəticələnmiş ciddi döyüşlərin ardınca hadisələrin çox narahartedici axarda inkişafıdır.
Azərbaycanlılar erməniləri onların mövqeləri üzərinə iki helikopter göndərməkdə ittiham edirlər. Ermənilər isə deyirlər ki, helikopter adi təlim uçuşunda olub və heç bir təhlükə təşkil etmirmiş.
Azərbaycan tərəfindən çəkilmiş <link type="page"><caption> videoda</caption><url href="https://www.facebook.com/video.php?v=796213387110154" platform="highweb"/></link> iki helikopterdən birinə raket atıldığı və helikopterin Azərbaycan əsgərlərinin sevincli nidaları altında od tutaraq alışdığı görünür.
Bu hücumların hərbi baxımdan məntiqi yoxdur. Kiçik çaplı silahlardan istifadə üçün yerli komandirlər məsuliyyət daşıyırlar, lakin ağır silahlardan istifadəyə əmr isə yuxarıdakı siyasətçilərdən gələ bilıər.
1991-1994-cü illərin münaqişəsində uduzmuş tərəf olan Azərbaycanın atəşkəsi daha qeyri-sabit etmək üçün daha çox əsası var ki, təmas xəttinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisini kəsib keçdiyini və bu ərazinin ermənilərin hərbi nəzarətində olduğunu bir daha dünyanın yadına salsın.

Şəklin mənbəyi, BBC World Service
Ehtimal ki, Azərbaycan tərəfi kəmiyyətcə atəşkəsi daha çox pozan tərəf olsa da, ermənilər də öz güclərini nümayiş etdirməyi xoşlayırlar.
İyulun 31-də Azərbaycan mövqelərinə üç yerdən müdaxilə edərkən erməni tərəfi məhz bu cür addım atmışdı. Həmin insident zamanı çox sayda Azərbaycan əsgəri həlak olmuşdu.
Ola bilsin ki, helikopterin vurulması məhz həmin hücum üçün alınan qisas olub. Yaddaşı möhkəm olanlar xatırlayırlar ki, 1991-ci ildə ermənilər hazırkı insidentin yerindən çox da uzaq olmayan ərazidə göyərtəsində rəsmilər və vasitəçilər olan Azərbaycan helikopterini vurmuşdular. Bu, müharibənin ən ziddiyyətli epizodlarından biri idi.
Hazırda narahat olmaq üçün kifayət qədər əsas var. Bu insidentlər Avropada ən çox hərbiləşdirilmiş zona olan Dağlıq Qarabağda atəşkəs xətti boyunca militarizasiyanın son 20 ildə xeyli gücləndiyini göstərir.
Burada helikopterlər, döyüş təyyarələri, dronlar uçuşur, təmas xətti boyunca ağır artilleriya qurğuları yerləşdirilib və Birinci Dünya Müharibəsi sayağı səngərlərdə 20 min əsgər var. Xüsusən də Azərbaycan milyonlarla dollar neft və qaz gəlirlərini yeni silahların alınmasına xərcləyir.
Bütün bu müddətdə bu ərazidəki beynəlxalq fəaliyyətin miqyası 1994-cü ildə olduğundan geniş deyil: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və ya ATƏT-in cəmi 6 müşahidəçisi 200 kilometrədək uzanan təmas xəttini monitorinq edir və üstəlik, Ermənistan və Azərbaycan arasında da son dərəcə gərgin beynəlxalq sərhəd mövcuddur.
Bu yaxınlarda iki prezident - İlham Əliyev və Serj Sarkisyan üzbəüz danışıqları bərpa ediblər və avqustdan bu yana, sonuncu dəfə iki həftə əvvəl Paruisdə olmaqla, üç dəfə görüşüblər.
Bu, əlbəttə, axsayan danışıqlar prosesində müsbət addımlardır, lakin vasitəçilər danışıqlarda hər hansı uğurun əldə ediləcəyi barədə bədbindirlər.
Burada bu da qeyd olunmalıdır ki, Ukraynadakı müharibə Fransa və ABŞ-la birlikdə vasitəçilərdən biri olan Rusiyanın mövqelərini haçalandırıb.
Bu zorakılıq bir daha xatırladır ki, iki ordu daim müharibənin bir addımlığında üz-üzə dayanıb və bu mührabənin başlanıb-başlanmaması onların öz maraqları üçün nəyi daha münasib bilməsindən asılıdır.
İndi “gözə-göz, dişə-diş” tipli cavab zərbələri üçün real təhlükə var və ermənilər helikopterin vurulması üçün “ağrılı” bir cavabla artıq təhdid ediblər.




