TeliaSonera "prokurorluğa müraciət edib"

Şəklin mənbəyi, Getty
İsveçin telekomunikasiya şirkəti TeliaSonera 2008-ci ildə Azərcell şirkətinin üçdə bir hissəsini alması ilə bağlı iddialardan sonra İsveç prokurorluğa müraciət edib, İsveç mediası bildirir.
Araşdırmaçı televiziya proqramı Uppdrag Granskning-ə danışan Telia Sonera rəhbəri Johan Dennelind deyib ki, o, şirkətin payını almaq üçün təxminən 590 milyon ABŞ dollarının "Azərbaycanda yerli tərəfdaşa niyə verildiyini" bilmir, <link type="page"><caption> Telecompaper saytı</caption><url href="http://www.telecompaper.com/news/teliasonera-refers-azercell-transaction-to-prosecutor--1084604" platform="highweb"/></link> xəbər verir.
İsveç televiziyası və Şərqi Avropa ilə Mərkəzi Asiya ölkələrinin araşdırmaçı jurnalistlərini bir araya gətirən OCCRP qrupunun birgə araşdırmasında iddia edilir ki, TeliaSonera Azərbaycanda "prezident ailəsi ilə razılığa gələrək 790 milyon ABŞ dolları dəyərində hökumət aktivlərinin mənimsənilməsinə" kömək edib.
Azərbaycan hökuməti bu iddiaları Qərbdə özünə qarşı yönəldilmiş kampaniyaların bir hissəsi hesab edir. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Virtualaz.org saytına açıqlama verərək, bu araşdırmanı “Qərbdəki müəyyən dairələr tərəfindən Azərbaycana qarşı təşkil olunmuş “qara piar” kampaniyasının tərkib hissəsi” adlandırıb.
İsveçdə bir qrup media qurumunun çərşənbə günü birgə dərc etdirdiyi və TeliaSoneranın daxilindən əldə etdikləri sənədlərə əsasən apardıqlarını dedikləri araşdırmaya görə, şirkət hakim ailəyə yardım əvəzində Azərbaycanda işləmək üçün lisenziya və icazə alıb.
Araşdırmada iddia olunur ki, mənimsənilmə Azərcellin TeliaSonera tərəfdaşı tərəfindən özəlləşdirilməsi zamanı baş tutub. Bu tərəfdaşın prezident ailəsinə yaxın olduğu iddia edilir. TeliaSonera bu tərəfdaşı “hakimiyyətə yaxın” adlandıraraq razılaşmanın qanunsuz olduğunu inkar etmir.
Əli Həsənov bu iddiaları "çirkin kampaniya" adlandırıb. “Qərbin müəyyən dairələri ilə sıx bağlılığı olan bu tipli qurumlar müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir", o deyib.
TeliaSonera-nın vitse prezidenti sərmayəçilərə email göndərərək bildirib ki, şirkətin Azərbaycanda əməliyyatları şirkətin əvvəlki rəhbərliyinin əldə etdiyi razılaşmanın nəticəsidir və hazırkı rəhbərlik bu sövdələşmədə "iştirak etməyib".
TeliaSonera deyib ki, məsələ ilə bağlı çoxlu suallar yaransa da, işlə əlaqədar kifayət qədər məlumat olmadığı üçün polisə yox, prokurorluğa müraciət etməyi qərara alıb.
BBC Azərbaycancanın Prezidentin mətbuat xidmətinə sorğu ilə müracəti cavabsız qalıb.




