PEN Xədicə İsmayılı mükafatlandırıb

Şəklin mənbəyi, Bertus Bouwman
Jurnalist Xədicə İsmayıla mayın 5-də PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatı - PEN/Barbara Goldsmith mükafatı verilib. Mükafatı jurnalistin adından Meydan TV-nin rəhbəri Emin Milli qəbul edib.
PEN/Barbara Goldsmith illik mükafatdır, həbsdə olan jurnalistlərə verilir. Təşkilat Xədicə İsmayıldan bəhs edən film də çəkib, Meydan TV bildirir.
Mayın 5-də araşdırmaçı jurnalist Xədicə İsmayılın <link type="page"><caption> həbsindən beş ay ötür</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/05/150505_khadija_5months" platform="highweb"/></link>. O, ötən il dekabırın 5-də keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla həbs olunub.
Jurnalistlə bağlı bir neçə məsələ üzrə cinayət işi açılıb. Elman Türkoğlu şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edərək Xədicə İsmayıldan şikayətçi olub. Həmin şikayət əsasında jurnalist 2500 manat cərimə cəzasına məhkum edilib. Bu iş həmin iş hazırda Bakı Apellyasiya məhkəməsində aparılır.
Digər cinayət işi Tural Mustafayevin şikayəti əsasındadır. O, Xədicə İsmayılın onu özünəqəsd həddinə çatdırmaqda ittiham edir.
