TANAP-ın təməlqoyma mərasimi keçirilir

Qarsda TANAP-ın təməlqoyma mərasimində prezidentlər - İlham Əliyev və Recep Tayyip Erdoğan iştirak edir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qarsda TANAP-ın təməlqoyma mərasimində prezidentlər - İlham Əliyev və Recep Tayyip Erdoğan iştirak edir

Azərbaycan prezidenti İlham Əliyev Trans-Anadolu Təbii Qaz Boru Xətti layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində iştirak üçün Qars şəhərinə gedib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da iştirakı ilə keçiriləcək təməlqoyma mərasimindən sonra tikintisinə başlanılacaq 1850 kmlik boru kəməri 2018-ci ildə hazır olacaq.

Həmin ildən etibarən isə Azərbaycandan Türkiyəyə ilk qaz nəqlinə başlanılacaq. Başlanğıcda ildə 16 milyard kubmetr həcmində ötürüləcək qaz sonradan 24 və 31 mlrd. kubmetrə çatdırılmalıdır.

2020-ci ilin əvvəlindən isə TANAP Trans-Adriatik Təbii Qaz Boru Xətti -TAP-a birləşdiriləcək və Cənubi Qafqaz Boru Xətti ilə təbii qaz Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

Türkiyədə TANAP 20 vilayət, 67 manal və 600 kənddən keçməsi planlaşdırılır.

Layihədə Azərbaycan 58, BOTAŞ 30 və BP isə 12 faiz paya malikdir.