Azərbaycan: Üç əsgər şəhid olub, yaralılar var

Şəklin mənbəyi, Ministry of Defense
Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olub və yaralanan var, Müdafiə Nazirliyi saytında bildirib.
Nazirlik açıqlayıb ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində, qoşunların təmas xəttində Azərbaycanın Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə qəfil hücum cəhdi edilib və cəhdin qarşısı "uğurla" alınıb.
"Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib", məlumatda deyilir.
Həmçinin bildirilib ki, yanvar ayında Ermənistan Silahlı Qüvvələrinin 17 hərbi qulluqçusu öldürülüb və iyirmiyədək yaralanan var.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov həyatını itirən hərbi qulluqçulara ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edib.
Yaralıların sayı açıqlanmayıb.
