Qarabağda toqquşma ABŞ və Rusiyanı narahat edib

ABŞ iyulun 31-də təmas xəttində çoxsaylı itkilərlə nəticələnmiş zorakılq eskalasiyasından narahatlığını bildirir.

"Biz ölən və yaralananların ailələrinə hüzn bildirirərək tərəfləri təcili olaraq gərginliyi azaldmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərbi yolla həlli mümkünsüzdür. Qisasçılıq və zorakılıq münaqişənin dinc yolla həllini yalnız çətinləşdirir", ABŞ Dövlət Departamenti sözçüsü xidmətinin rəsmisi Marie Harf-ın mətbuat üçün yaydığı məlumatda deyilir.

Bəyanatda ABŞ Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin həllilə bağlı dialoqu bərpa etməyə çağırıb.

"Biz tərəfləri sülh müqaviləsinə nail olmaq üçün eləcədə ATƏT icraçı sədrinin danışıqlara başlamaq barədə təklifini qəbul etməyə çağırırıq", bəyanatda qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyi isə "Dağlıq Qaarabağda vəziyyətin gərginləşməsini atəşkəs razılğının pozulması kimi qiymətləndirir", XİN mətbuat xidmətinin rəsmisi Mariya Zaxarova bildirib.

O, münaqişə iştirakçılarını zor tətbiqindən imtina etməyə və vəziyyəti sabitləşdirməyə çağırıb.

"Vəziyyətin daha da gərginləşdirilməsi yolverilməzdir", Rusiya XİN saytında dərc olunmuş bəyanatda deyilir.