#BBCAzeriTrending: "Yenə intihar xəbəri..."

Çərşənbə günü azərbaycanlı Twitter istifadəçiləri ən çox "Azad LGBT" təşkilatının sədri İsa Şahmarlının intihar etməsini şərh ediblər.

"İntihar", "homoseksual", "ölüm" sözləri ən çox istifadə olunan ifadələr arasında olub, Azərbaycanda Twitter statistikasını aparan AzTwi saytı məlumat verir.

Hadisə bəziləri üçün Azərbaycanda homoseksualların vəziyyəti barədə narahatlığa səbəb olub, bəziləri isə məsələnin "şişirdilməsini" düşünür.

‏"#Twitter'ə girən kimi, yenə intihar xəbərləri...", @yasharhuseyn kimi bəzi istifadəçilər son zamanlar intiharların artmasını şərh edib.

"Hər gün yeni intihar xəbəri eşidirik və üstəlik hələ o anı da insanlara nümayiş edirlər heç düzgün deyil. Hamı üçün sartını mənbəyidir", yazıb @Qu_een_G.

"Cəmiyyətimiz nə gündədir. İnsan homoseksual olduğu üçün #intihar etməyə məcbur olur. #ripISA" - @ayazqv

"İntihar adiləşdi"

Bəzilərinin fikrincə İsa Şahmarlının intihar halı "qabardılıb".

"Rəhmətə gedən şəxs üçün üzülürəm, razıyam. Amma məsələni digər intihar məsələlərindən daha artıq qabartdınız. Gay idi deyə?" @aseefson sual edib.

@kerbelayi: "Bir gay intihar edib deyə bütün aznet ondan danışır, adi oriyentasiya malik biri etsəydi görən bu qədər hay-küy qalxardı?"

"Əsgər ölümləri kimi intihar hadisələridə adiləşdi", @MammadZaur yazıb.

"Həə mod düşüb deyə intihar elədi İsa da. Gedin hamamtimesdəki commentləri oxuyun,baxın görək siz olsaydız yaşıya bilərdiz bu cəmiyyətdə?" - @Elchin_Gojayev alternativ xəbər saytının Facebook səhifəsindəki bəzi şərhlərə işarə edib.

"Azerbaycan'da LGBT hareketinin nuvelerini atan, emek veren mucadele arkadasimiz aktivist İsa Şahmarlı intihar etti. Katili homofobiniz, homofobik toplumsal lanet yapiniz ve devletlerinizdir!" yazıb ‏@Aligiann ləqəbli istifadəçi.

‏@esginhuseynov: "Adam söz tapmır deməyə homoseksual gənc intihar edib...Hər kəs kimi onun da yaşamaq hüqüqu var idi".

‏@Gunel_mv: "nə istiyirsiz olun amma bircə intihar etməyin".