Vüqar Həşimov vəfat edib

Azərbaycan Şahmat Federasiyası

Uzun müddət müalicə olunan qrossmeyster Almaniyadakı klinikada vəfat edib.

Apasport.az saytının məlumatına görə, müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi.

Vüqar Həşimov üçqat Azərbaycan çempionu olub.

1986-ci ildə anadan olan şahmatçı ilk dəfə çempion adını 1995-ci ildə qazanıb.

2009-cu ildə isə o Azərbaycan komandası ilə Avropa Çempionu olub.