Azərbaycanda islam bankçılığı barədə qanun 2014-də gözlənilir

Azərbaycan Beynəlxalq Bankı

Azərbaycanda islam bankçılığı barədə qanun 2014-cü ildə parlamentə təqdim oluna bilər.

Azərbaycan Beynəlxalq Bankının (ABB) islam bankçılığı üzrə direktoru Bəhn am Qurbanzadə Reuters agentliyinə deyib ki, ABB hazırda hakimiyyətlə bununla bağlı qanun layihəsi üzərində işləyir.

"Azərbaycanın nazirlər kabineti, İqtisadi İnkişaf Nazirliyi və ABB ilə bu layihəyə start verib", Dubayda keçirilən Qlobal İslam İqtisadiyyat Sammitində iştirak edən cənab Qurbanzadə Reuters-ə deyib.

Onun sözlərinə görə, qanun layihəsinin may ayında hazır olması və 2014-cü ilin sonunda parlamentə təqdim edilməsi nəzərdə tutulur.

İslam bank əməliyyatları şəriət qanunlarına sadiq olaraq faizsiz kredit kimi bank xidmətlərindən ibarətdir. Bu isə baha başa gəlir və onun həyata keçirilməsi üçün vergi barədə tənzimləmələr gərəkdir.

Qanun layihəsi "bankçılığı, vergini ... mülki hüquq" kimi məsələləri əhatə edir, ABB rəsmisi izah edib.

Cənab Qurbanzadənin sözlərinə görə, ABB 2014-cü ildə islam bankçılığına həsr olunmuş dörd şöbə açmağı planlayır.

ABB-nin əsas səhmdarı, Azərbaycan hökümətidir.