Şahdəniz 2 üzrə investisiya qərarı "dekabrda imzalanacaq"

ARDNŞ
Şəklin alt yazısı, Şahdəniz qazı TAP kəmərilə Avropanın cənubuna ixrac olunacaq.

ARDNŞ Avropanı qazla təchiz edəcək Şahdəniz 2 yatağı layihəsinin investisiyası üzrə yekun qərarın bir ay ərzində imzalanacağını bildirib.

“Qərar dekabr ayının 17 və ya 19-da qəbul ediləcək” , - layihəyə yaxın mənbə anonimlik şərtilə Reuters agentliyinə bildirib.

Bundan əvvəl Dövlət Neft Şirkəti BP və Statoil kimi partnyorla yanaşı <link type="page"><caption> Qərbə qaz ixracı üzrə TAP</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/02/130213_tap_deal.shtml" platform="highweb"/></link> (Trans Adriatic Pipeline) kəmərini seçib.

TAP ixrac kəməri dünyanın ən zəngin yataqlarından biri olan Şahdəniz 2-dən hasil edilən qazı Yunanıstana otürərək Avropanın Rusiya qazından asılılığının azalmasına xidmət etməlidir.

Xəzər hövzəsindən ixrac olunan qaz alıcıları arasında Shell, Bulgargas, Gas Natural Fenosa, Greek DEPA, E.ON, və GDF Suez kimi şirkətlər var.

Şahdəz 2-dən qaz ixracı 2019-cu ildə başlamalıdır.

Nəzərdə tutulur ki, <link type="page"><caption> Türkiyə üzərindən TANAP</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/06/120627_tanap_turkey_azerbaijan.shtml" platform="highweb"/></link> kəmərilə Avropaya ötürülən 16 milyard kubmetr qazdan 6 milyardı kubmetri Türkiyədə qalacaq.