Qadın olmaq harada daha yaxşıdır?

Artıq beş ildir ki, Dünya İqtisadi Forumu (DİF) İslandiyanı dünyanın ən kiçik gender boşluğu olan ölkə elan edir.

Bu o deməkdir ki, İslandiyada qadınların təhsil və səhiyyə üçün imkanları daha bərabər, onların ölkənin siyasi və iqtisadi işlərində iştirak etmək ehtimalı daha böyükdür.

Azərbaycan ümumi siyahıda 99-cu, səhiyyə üzrə 136-cı, təhsil üzrə 85-ci, iqtisadiyyat üzrə 72-ci, siyasət üzrə isə 114-cü yerdədir.

2007-ci ildə Azərbaycan 128 ölkə arasında 59-cu yerdə idi.

2013-cü il hesabatında Ermənistan ümumi siyahıda 94-cü, Gürcüstan isə 86-cı yerdədir.

Qlobal Gender Boşluğu Hesabatı 2013-də birinci yerdə İslandiya ilə birgə onun Skandinav qonşuları Finlandiya, Norveç və İsveçdir.

Ümumiyyətlə 2013-cü ildə dünyadakı gender boşluğu bir qədər daralıb. Sorğuda iştirak edən 136 ölkədən 86-sı, yani dünya əhalisinin 93%-i, irəliləyiş edib. Amma "aydındır ki, dəyişiklik ləngdir", hesabatın müəlliflərindən biri olan Saadia Zahidi deyir.

Ölkələri həm ümumi şəkildə, həm də gündəlik həyatın müxtəlif sahələri üzrə müqayisə etmək üçün aşağıdakı xəritələrə baxın.

Avropa

100 qadın, avropa xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Şimali Avropa ölkələri digər ölkələrlə müqayisədə nisbətən yaxşıdırlar. DİF-ə əsasən bu, qismən, iş və ailə həyatını tarazlaşdırmağa yardım edən siyasətə görədir.

Cənubi Avropada təhsildəki gender boşluğu bir neçə il bundan əvvəl ləğv olunmuşdu. Amma işçi qüvvəsində qadınların iştirakı azalıb.

Asiya

100 qadın, asiya xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Asiyada ən bərabər ölkə Filippindir. Bu, səhiyyə və təhsildəki boşluğun aradan azaldılmasına görədir. İqtisadi iştirak səviyyəsi həmçinin yüksəkdir, DİF deyir.

Ümumi siyahıda Çin 69-cu, Hindistan isə 101-ci yerdədir. Hindistanın aşağı reytinqi, DİF-dən təhsil, səhiyyə və iqtisadiyyat üzrə aldığı qiymətlərə görədir.

Mərkəzi və Latın Amerikası

100 qadın, latın amerikası xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Burada ən yüksək yerləri Nikaraqua, Kuba və Ekuador qazanıb. Onlar dünya üzrə ilk 25-liyə daxildirlər. Braziliya keçən il kimi 62-ci yerdədir.

"Burada səhiyyə və təhsil üzrə boşluq çoxdan aradan qaldırılıb. Beləliklə bu kontinent əmək və siyasi iştirak üzrə də irəliləyişlər etməyə hazırdır", Saadia Zahidi deyir.

Şimali Amerika

100 qadın, ABŞ və Kanada xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Kanada və ABŞ müvafiq olaraq 20-ci və 23-cü yerdədirlər. Kanada təhsil üzrə yaxşı qiymət alsa da, siyasət üzrə reytinqi o qədər yüksək deyil.

ABŞ siyasət üzrə Kanadadan aşağı yer alsa da, iqtisadiyyat və səhiyyə üzrə qonşusundan daha yaxşı qiymət alıb. Təhsil üzrə iki ölkə bərabərdir.

Sub-Sahara Afrikası

100 qadın, Sub-Sahara Afrikası xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Dünyanın ən böyük gender boşluğu olan ölkələrin bəziləri burada yerləşir: Çad və Fil Dişi Sahili ümumi reytinqə görə siyahının sonuna yaxın yer alıblar.

Amma cənubi Afrika ölkələrinin bəziləri işçi qüvvəsinin iştirakı və siyasi imkanların səviyyəsinə görə ilk 30-luğa daxildirlər. Lesoto 16-cı, Cənubi Afrika 17-ci, Mozambik isə 26-cı yerdədir.

Orta Şərq və Şimali Afrika

100 qadın, Orta Şərq xəritəsi

Şəklin mənbəyi, BBC World Service

Ən böyük gender bərabərsizliklərinin bəziləri bu bölgə baş verir. Amma vəziyyət müntəzəm deyil. Məsələn Körfəz ölkələri qadınların təhsilinə böyük investisiya qoymağa meyil göstərir və Birləşmiş Ərəb Əmirliklərində əks genger boşluğu mövcuddur. Belə ki, burada universitet bitirən qadınların sayı kişilərdən çoxdur.

Bu, Yəmən kimi qadının təhsil səviyyəsi çox aşağı olan ölkələrə ziddir.

Reytinqlər necə hesablanır?

Gender boşluqlarını müqayisə etmək üçün, DİF 10-dan artıq verilənlər dəstindən ibarət olan cədvəl hazırlayır. Bir - bərabərlik, sıfır isə qeyri-bərabərlik deməkdir. Bundan sonra ölkələr nəticələr üzrə təsnif olunur.