"Min qəzəb, bir eşq" filminin çəkilişi şəkillərdə

İranlı azərbaycanlı rejissor Vahid Azərnəvidin "Min qəzəb, bir eşq" filmi Türkiyədə çəkilib.

"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, İranlı azərbaycanlı rejissor Vahid Azərnəvidin "Min qəzəb, bir eşq" filmi Türkiyədə çəkilib. Fotoları BBC Azərbaycancaya Vahid Azərməvid təqdim edib.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, Baş qəhrəman Aydın Türkiyəyə Avropaya köçmək üçün bir tranzit məntəqəsi kimi gəlir.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, Filmin personajları öz dillərində - Azərbaycanca danışırlar və subtitrlərdən istifadə edilir.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, “Mən bu filmi həm də bir eşq hekayəti adlandırardım” – rejissor deyir.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, Vahid Azərnəvid (şəkildə soldan dördüncü) bizimlə söhbətində deyir ki, Türkiyədə Azərbaycan Respublikasından olanları yaxşı tanıyırlarsa da, İran azərbaycanlıları haqqında məlumatları çox azdır.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, Rejissor Vahid Azərnəvid deyir ki, onun məqsədi İrandakı azərbaycanlıların öz mədəniyyət və incəsənətlərindən "istədikləri şəkildə zövq almaq imkanından məhrum edilməsinə" diqqət çəkməkdir.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, Rejissor deyir ki, onun filmlərinin mövzusunu şimal və cənuba bölmək düzgün deyil və o, Azərbaycanı daim "vahid bir anlayış kimi" qəbul edir.
"Min qəzəb, bir eşq" filmi
Şəklin alt yazısı, Film 2014-cü ilin fevralında keçiriləcək Berlin Kinofestivalına təqdim olunacaq.