Sevinc Babayevanın bədənində "artıq maddə aşkarlanmayıb"

Sevinc Babayeva
Şəklin alt yazısı, Videolar yayılandan sonra Sevinc Babayeva Türkiyəyə gedib və orada vəfat edib

Elşad Abdullayevin yaydığı video görüntülərdə adı vasitəçi qismində hallanan Sevinc Babayevanın bədənində "insan orqanizmində mövcud olan kimyəvi maddələrin miqdarından artıq maddə aşkarlanmayıb".

Bu məlumatı APA Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəsmisi Ceyhun Allahverdiyevə istinadən verir.

Eyni zamanda bildirilir ki, xanım Babayevanın meyitindən götürülmüş nümunələrin 70 faizi Türkiyədə ekspertizadan keçib.

"Bizə təqdim olunan nümunələr arasında meyitin əksər daxili orqanları, həmçinin ürəyi olmayıb, ağ ciyərlərin isə az bir hissəsi var idi", APA cənab Allahverdiyevdən sitat gətirir.

"Əlimizdə olan orqanların müayinəsi zamanı Sevinc Babayevanın ölümünə ürək-damar çatışmazlığının səbəb olduğu müəyyənləşib".

"<link type="page"><caption> Gülərqeyt</caption><url href="http://www.bbc.co.uk/azeri/topics/gulargate/" platform="highweb"/></link>" qalmaqalında adı vasitəçi kimi hallanan Sevinc Babayeva videolar yayılandan sonra Türkiyəyə gedib.

26 dekabr tarixində Türkiyədə, İstanbulun Medicana International xəstəxanasında vəfat edib.