Gülnarə Kərimova Fransada basqın edilən mülklərlə əlaqələndirilir

İsveçrə prokurorluğunun məlumatına görə, Fransa polisi pulların yuyulması ilə bağlı Fransada bir neçə ünvana basqın edib.

İsveçin TT xəbər agentliyi xəbəri çərşənbə axşamı verib. TT-nin məlumatına görə, basqınların məqsədi sənədləri əldə etmək və lazım gəlsə, mülkləri zəbt etmək olub.

Basqınlar İsveçrə Baş Prokurorluğunun adından edilib. Prokurorluq bir neçə özbək vətəndaşını əhatə edən, pulların yuyulması barədə iddiaları tədqiq edir.

Şübhəli şəxslərin hamısı Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ilə əlaqələndirilib, amma xanım Kərimovanın özünun şübhəli olması deyilmir.

Nə Fransa, nə də İsveçrə hakimiyyəti hansı ünvanlara basqın olmasını açıqlamayıb. Amma xanım Kərimovanın Fransada bir neçə mülkə sahib olması bəllidir.

Fransa biznes reyestrindəki qeydlər işarə edir ki, bunlara Parisdə yerləşən bahalı ev və San Tropezdə yerləşən villa daxildir.

Gulnara Karimova əlaqəsi

Özbəkistan paytaxtı Daşkənddə əlaqələri olan məlumatlı mənbə deyib ki, Parisdə basqın edilən mənzil doğrudan da xanım Kərimovanındır.

Həmin mənbə deyib ki, xanım Kərimova basqınlar haqqında eşidəndə Avropada idi və eşidən kimi dərhal Özbəkistana qayıdıb.

Mənbə həmçinin deyib ki, o, Fransada baş verənlərə qarşı hüquqi addımlar atmaq niyyətindədir.

İddiaları Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi (OCCRP) jurnalistlər şəbəkəsi tədqiq edib.

OCCRP BBC-ə deyib ki, mülklər Fransada əsaslanan iki şirkət tərəfindən alınıb. Xanım Kərimovanın bu şirkətlərdə 95 faizə qədər payı var.

OCCRP tədqiqatçısı BBC-ə deyib ki, şirkətlərdən ikisini xanım Kərimovanın əməkdaşı Alişer Erqaşev idarə edir. O, İsverçrədə pulların yuyulması ilə bağlı, İsveçdə isə korrupsiyaya qurşanmış ödənişlərlə bağlı iddialara görə istintaq olunur.

Fransa biznes reyestrinə istinad edən tədqiqatçı deyib ki, Fransadakı üçüncü mülk - Rubis International adlı şirkətə məxsusdur. Bu şirkət isə xanım Kərimovanın nişanlısı kimi tanınan şəxsə məxsusdur.