Şəkillərdə: Türkiyə etirazlarından görüntülər

Türkiyədə 2 gün davam edən etirazlar bir qədər səngisədə, İstanbulda yüzlərlə etirazçı yenidən mərkəzi meydana toplaşıb.

İğtişaşlarla müşayiət kütləvi etirazların gedişində 1000-dək adamın polis tərəfindən saxlandığı xəbər verilir.

Xəbərlərə görə, ümumilikdə vəziyyət sakitləşib, İstanbul və Ankarada şəhər kommunal xidməti işçiləri təmizlik işləri aparırlar.

Rəsmilərin məlumatına əsasən iğtişaşalar zamanı 26 polis əməkdaşı və 53 aksiya iştirakçısı yaralanıb, yaralananlardan birisinin vəziyyətiinin ağır olduğu xəbər verilir.