Gürcüstan Cənubi Osetiya ilə sərhəddə tikanlı məftilə etiraz edib

Gürcüstanın Xarici İşlər Nazirliyi Ditsi və Dvani kəndləri yaxınlığındakı “işğal xətti” boyu tikanlı məftilin çəkilişilə bağlı dərin narahatlığını bildirib.
Tbilisi addımı 2008-ci ildəki müharibədən sonra əldə olunmuş atəşkəş sövdələşməsinin “köbud pozulması” kimi dəyərləndirib.
Bundan əvvəl yerli televiziya sərhədin Gürücüstan ərazisinə doğru çəkildiyini bildirib.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ditsi və Dvani kəndləri yaxınlığında hasarın çəkilməsi yerli sakinlərin azad hərəkət etmək haqqını məhdudlaşdırır.
Qori şəhərindəki Milli Müdafiə Akademiyasında çıxış edən prezident Saakaşvili deyib ki, o baş verənlərdə Gürcüstan hökumətini qınamır, beləki, Rusiya Gürcüstan tərəfinin bəyanatlarından asılı olmayaraq öz planına əməl edir.
Moskva bəyanatı şərh etməyib.
Avropa İttifaqının Gürcüstandakı nümayəndələri Ditsi kəndi yaxınlığında hasarın çəkilməsinin müşahidə edildiyini bildiriblər.
2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra ölkələr arasında diplomatik əlaqələr kəsilib.




