Bakıda AŞPA-Azərbaycan münasibətləri müzakirə olunub

AŞPA prezidenti Jan-Klod Minyon Bakıya səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılması olduğunu bildirirb.
Rəsmi məlumatlara əsasən, Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd edən AŞPA prezidenti, ölkədəki sürətli inkişaf proseslərinin şahidi olduğunu, Azərbaycanın iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlərin vacibliyini diqqətə çatdırıb.
Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev Azərbaycan ilə AŞPA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq qarşılıqlı səfərlərin və görüşlərin ikitərfli əlaqələrin genişlənməsi işində rolunu qeyd edib.
Azərbaycan prezident bu səfərin ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.
