Məhkəmə Əvəz Zeynallını vergidən yayınmaqda "günahkar" görmür

Şəklin mənbəyi, qaynar.info
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “vergi ödənişindən yayınma” maddəsi üzrə "ittiham edilməyəcək".
Bu barədə vəkil Elçin Sadıqov Turan informasiya agentliyinə bildirib.
Qərarın verilməsinə qəzet barədə 22.02.2012 tarixli vergi axtarışı aktının cinayət işi açılması üçün əsaslı olmaması səbəb olub. İşə inzibati icraat çərçivəsində baxılması planlaşdırılır.
Zeynallı, Vergi Auditi Departamenti tərəfindən 7251 manat "vergidən yayınmaqda" ittiham edilirdi.
Jurnalist də Vergilər Nazirliyini məhkəməyə verib.
Bazar ertəsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin Zeynallı barəsində işin icraatına xitam verilməsi barədə vəsatəti təmin etməyib.
Əvəz Zeynallıya ötən ilin oktyabrında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri ilə cinayət işi açıb.
Hazırda onun barəsində rüşvət alma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə maddələri ilə ittihamlar qalmaqdadır.




