BBC Panorama Azərbaycanda yüksək rütbəli məmurların "biznes maraqları"na aid proqram yayımlayıb.

Eurovision-2012 Mahnı Müsabiqəsinin finalına bir neçə gün qalmış BBC-nin Panorama verilişi yerli müxalifətə təzyiq və Respublika prezidenti ailəsinin biznes maraqlarından danışıb.
Proqramın müxbiri Pol Kenyon Azərbaycan prezidenti İlham Əliyevin yaxın qohumlarının ofşor zonalarda, o cümlədən Panamada qeydiyyatdan keçmiş şirkətləri olduğunu təsdiqləyən sənədlər əldə edib.
Süjetdə prezidentin qızları-Arzu və Leylanın Azərbaycanda mobil telefon operatorları ilə bağlılığı barədə danışılır. Həmçinin ölkənin qərbindəki qızıl yataqlarının istismarı da onların adı ilə bağlıdır.
Proqramda prezidentin 15 yaşlı oğlunun da Bakıda otel və Dubayda qiyməti 40 milyon dollarlıq mülkü olduğu deyilir.
Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov BBC-yə məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib və bildirib: “Qəzetlərdə hər yazılan”a inanmaq olmaz”
“Sözsüz ki, bir az çətin məsələdir. Mən Əliyevlər ailəsinin üzvü deyiləm və ailə ilə bağlılığı olmadan belə suallara cavab verə bilmərəm”.
BBC Azərbaycan rəhbərinin yaxın qohumlarında da şərh ala bilməyib.
Verilişdə həm də Eurovision-a hazırlıq və bu fonda baş verənlər, eləcə də tənqidçilərə münasibətdən də söz açılıb.




