Beynəlxalq təşkilatlar Elmar Hüseynovun qatillərini cəzalandırılmağa çağırır

Beynəlxalq təşkilatlar Elmar Hüseynovun qatillərini cəzalandırılmağa çağırır

Bir qrup Beynəlxalq Hüquq Müfdafiə təşkilatı, o cümlədən Article 19, Freedom House, Sərhədsiz Jurnalistlər və digərləri ( cəmi 10 təşkilat) jurnalist Elmar Hüseynovun qatillərinin tapılması və məsuliyyətə cəlb edilməsi işində irəliləyişin olmaması ilə bağlı Azərbaycan hökümətinin ünvanına tənqidi ruhlu bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd olunur kı, Redaktor Elmar Hüseynovun qətlinin 7-ci ildönümündə Azərbaycan üzrə Beynəlxalq Əməkdaslıq Qrupu (IPGA) Azərbaycanda jurnalistlərə qarşı davamlı şiddətdən və həmin jurnalistlərə hücum edənlərin cəzasiz qalmasindan dərin narahatliq hissi duyur.

IPGA Azərbaycan hakimiyyətini Elmar Hüseynovun qatillərini cinayət məsuliyyətinə cəlb etməyə və jurnalistlərə qarşı bütün siddət hallarının ciddi şəkildə arasdırılaraq təhqiq edilməsinə çagirirlar.

Bugün Monitor jurnalinin bas redaktoru Elmar Hüseynovun qətlindən yeddi il keçir. O, 2005-ci ildə mütəşəkkil təşkil olunmus hücum nəticəsində yaşadigi binada güllələnmisdi.

Elmar Hüseynovun qətlindən bəri Azərbaycanda jurnalistlərə qarsi onlarla vəhşi zoraki hücum olmusdur. Bu siyahiya, həmçinin 2011-ci ildə qətlə yetirilmiş məşhur yazıçı və publisist Rafiq Tağı da daxildir.

Bu hücumların hec biri ciddi şəkildə təhqiq olunmamis və nəticədə tənqidi səsləri zorakiliq yolu ilə susdurmağa çalisanlar üçün əlverişli şərait formalaşmısıdir.

"Elmar Hüseynovun qətlindən 7 il keçməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti ifadə azadlığını qorumağa demək olar kı, heç bir mənada müvəffəq olmamışdır. Onlar nəyinki jurnalistlərə qarşı zorakılığın cəzasız qaldiği şəraitin yaranmasina göz yumur, eləcə də tənqidi fikirlərə səsləndirən jurnalist və bloqqerləri və etiraz aksiyasi keçirmək üçün küçələrə toplasan sadə vətəndasları da həbs edirlər. Azərbaycan bu təhlükəli vəziyyətdən dərhal çıxıs yolu tapmalı və beynəlxalq insan hüquqları ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetriməlidirlər," 19-cu bənd, icraçi direktor Agnes Callamard.

"Artiq 7 ildir ki, əməkdaşımız Elmar Hüseynovun qatilləri azadlıqda gəzirlər; Azərbaycandakı azad jurnalistlər isə gördükləri isə görə hücumlara, maneələrə, təzyiqlərə, siyasi məqsədlər güdən məhkəmə təqiblərinə, həbslərə məruz qalir və qətl edilirlər. Azərbaycan Hüseynovun qətlində, eləcə də mətbuata qarsi yönəlmis digər cinayətlərdə əli olan səxslərə qarşı istintaq aparmalı və ədalətin tərəfdarı olduğunu sübut etməlidir," CPJ Avropa və Orta Asiya Proqrami üzrə koordinator Nina Ognianova deyib.

"Elmar Hüseynovun qatillərinin hələ də azadlıqda olmasi və Rafiq Taginin qətli ilə bagli istintaq işində heç bir irəliləyisin olmamasi bütün Azərbaycan jurnalistlərində qorxu və ümidsizlik hissləri oyadir. Onlar üçün təhdid və fiziki hücumlar artiq adi hala çevrilmisdir. Azərbaycan heç zaman Sərhədsiz Reportyorlarin mətbuat azadligi indeksində bu qədər asagi sirada yer almamisdi. Hökumət istəsə, bu vəziyyətə son qoya bilər. Onlarin hərəkət etməsinin vaxti çoxdan çatib," Sərhədsiz Reportyorlarin direktoru Olivier Basille deyib.