Qarabağın erməni icması ilə Azərbaycan arasında dialoqdan nə gözləməli?

Şəklin mənbəyi, Getty Images
Bu həftə Azərbaycan Qarabağ erməniləri ilə Xocalıda görüş keçirib və "reinteqrasiya məsələləri" müzakirə edilib.
Tanınmamış "DQR prezidenti" Arayik Harutyunyan "Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur" deyib.
Belə halda danışıqların gələcəyi necə görünür - Bakıdan və Yerevandan təhlilçilər cavab verir.
Bu həftə Azərbaycanda tanınmış ilahiyyatçı Şahin Həsənli vəfat edib. Onun ölümü ilə bağlı Baş prokurorluq araşdırma aparır. Hacı Şahin kim idi - Bakıdan həmkarın İlkin Həsənov şərh edir.
Həftə bu gün verilişini Xanım Cavadova təqdim edir.
Videonu YouTube kanalımızda izləyin.





