"Azərsun" Sənaye Parkında dünəndən başlayan yanğın söndürülüb

Azərbaycan Azərsun Yağ zavodu yağ zavodunda yanğın zavodda yanğın Sumqayıtda yanğın

Şəklin mənbəyi, FHN

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğın bu gün səhər saatlarında söndürülüb, Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

Qurum bildirib ki, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

"Hadisə nəticəsində 9 nəfərin xəstəxanaya müraciət etdiyi, onlardan 7 nəfəri yerində ilkin yardım edilərək ambulator müalicəyə buraxılıb", - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlayıb.

TƏBİB həmçinin bildirib ki, "hazırda iki nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur".

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət istintaq qrupunun hadisənin başvermə səbəblərini araşdırdığı bildirilir.

FHN Azərbaycan Azərsun Sənaye Parkı yağ zavodu zavodda yanğın Sumqayıtda yanğın

Şəklin mənbəyi, FHN

Nə baş verib?

Sumqayıtda yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində yanğın cümə axşamı saat 17.20 radələrində başlayıb.

Hadisə yerində olan müxbirimiz Azərsunun sənaye parkı boyunca yanğın ocaqlarını gördüyünü deyib.

Ətrafa toplaşanlar BBC-yə bildiriblər ki, burada Azərsun yağ fabriki və anbarları yerləşir.

"Gecə saat 2-dir və yanğın hələ də davam edir. Helikopterlər artıq görünmür", - müxbirimiz Səadət Akifqızı bildirib.

Buraya toplaşanlar müxbirimizə deyiblər ki, yanğın əvvəlcə həyətdə başlayıb.

yanğın

Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin birgə açıqlamasına görə, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq, ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Paylaşımını ötürün Instagram
Instagram məzmununa icazə varmı?

Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu Instagram

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.2 maddəsi ilə cinayət işi qaldırılıb.

Cinayət Məcəlləsində bu maddə "Yanğın təhlükəsizliyi qaydalarını pozma"dır.

Azərsun Holdinqi bildirib ki, ərazidə çalışan əməkdaşların hamısı təxliyyə edilib.

"Report"un yazdığına görə, yanğının əhatə dairəsi böyüyüb və alov kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq, ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin ən son məlumatında bildirilir ki, yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində "təxirəsalınmaz tədbirlər" davam etdirilir.

sumqayıt, azərsun yanğın

FHN yanğını söndürməyə yanğınsöndürənlərlə yanaşı, mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri, o cümlədən aviasiya dəstəsinin 2 helikopterini cəlb edib.

Bu, Azərbaycanda son bir ayda baş vermiş ikinci böyük yanğın hadisəsidır. Bundan əvvəl Bakıda, şəhər mərkəzində yerləşən gecə klubunda partlayış baş vermiş, bir nəfər həmin günü həlak olmuş, 3 nəfər isə sonrakı günlər aldıqları xəsarətdən vəfat etmişdi.

Gecə klubunda partlayışa propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonunun səbəb olduğu bildirilir.