Çili səhrasında paltar və ayaqqabı zibilliyi - şəkillər nə göstərir?

Şəklin mənbəyi, Nicolás Vargas
Çilinin şimalındakı Atakama səhrasında - paytaxt Santyaqodan 1,8 min km aralıda yerləşən İkike şəhərinin yaxınlığında böyük paltar və ayaqqabı dağları var.
Əslində, bu geyim əşyaları ölkəyə ABŞ, Avropa və Asiyadan təkrar emal üçün gətirilib, amma sonra zibilliyə atılıb.

Şəklin mənbəyi, Nicolás Vargas
Avropa Cənub Rəsədxanasının məşhur teleskoplarından bir neçə yüz kilometr aralıdakı zibil yığını başmaqlar, köynəklər, paltolar, donlar, papaqlar, çimərlik paltarları və əlcəklərdən ibarətdir.

Şəklin mənbəyi, Nicolás Vargas
ABŞ, Avropa və ya Asiyada geyinilib atılmış paltarları təkrar emal üçün Çiliyə göndərirlər.

Şəklin mənbəyi, Nicolás Vargas
Atakama səhrasının artıq 300 hektardan çox sahəsi son 15 ilin tekstil tullantılarıyla örtülüb.

Şəklin mənbəyi, Nicolás Vargas
İkikedəki ikinci əl geyim yarmarkasında qiymətlər inanılmaz dərəcədə aşağıdır: "H&M", "Pepe Jeans", "Wrangler" və "Nike" kimi məşhur markaların mallarını burda 1 dollardan da aşağı qiymətə almaq olar.

Şəklin mənbəyi, Fernanda Paúl
Hər il İkike limanına gətirilən 59 ton həcmində geyim əşyalarının 40 min tonu satılmır, emal da olunmur, həmin o nəzarətsiz zibilliklərə atılır.

Şəklin mənbəyi, Fernanda Paúl
Bütün dünyada moda industriyası ətraf mühiti ən çox çirkləndirən fəaliyyət sahələrindən biridir.

Şəklin mənbəyi, Nicolás Vargas
BMT-nin məlumatına görə, dünya üzrə istixana emissiyalarının 8%-i və bütün tullantı sularının 20%-i bu sahənin payına düşür. Təkcə bir cüt cins şalvar istehsal etmək üçün 7500 litr su sərf edilir, polyester paltarın çürüməsi üçünsə 200 ildən çox vaxt lazımdır, halbuki pambıq paltarlarda bu proses cəmi 30 ay çəkir.

Şəklin mənbəyi, Nicolás Vargas
Atakama poliqonlarındakı paltarların çoxu poliesterdən hazırlanıb, onlar atmosferdə dağılan mikroplastiklər ifraz edirlər, bu isə ərazinin və dənizin faunasına ciddi təsir göstərir.

Şəklin mənbəyi, Nicolás Vargas
Yerli hakimiyyət orqanları poliqonlarda hər il baş verən yanğınlardan da narahatdırlar: bu yanğınlar orada işləyən miqrantlarda ağciyər xəstəlikləri riskini artırır.







