Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməsinin bir ilini bayram edir

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-da izləyin.

Erdoğan təbrik edib

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan noyabrın 8-də Prezident İlham Əliyevə telefonla zəng edərək, Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik edib, "qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb".

"Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət dilədi", Azərbaycan Presidentinin mətbuat xidməti bildirib.

Prezident İlham Əliyev "Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Recep Tayyip Erdoğanın dəstəyini" yüksək qiymətləndirərək, vurğulayıb ki, "müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır."

"Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu", İlham Əliyev deyib, Prezidentin mətbuat xidməti bildirib.

"Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu" qeyd ediblər, rəsmi məlumatda vurğulamıb.

Bakıda və Şuşada Zəfər Günü qeyd edilir

İlham Əliyev Şuşadan xalqı təbrik edib

Şəklin mənbəyi, AZERTAG

Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsinin sona çatması ilə bağlı Zəfər Gününü qeyd edir.

Zəfər günü bir il bundan əvvəl, 8 noyabrda azad edilmiş Şuşa şəhərində qeyd edilib.

"Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik", Prezident İlham Əliyev hərbçilər qarşısında çıxışında deyib.

Paytaxt Bakıda isə Zəfər Günü yürüşü keçirilib. Azərtacın məlumatına görə, Zəfər yürüşü Azneft dairəsindən "Ağ şəhər" bulvarınadək istiqamətlənib.

Bakıda Zəfər Günü yürüşü

Şəklin mənbəyi, APA

Yürüşün önündə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını aparıblar.

Məlumata görə, yürüşü süvari dəstəsi müşayiət edib və hərbi orkestrlərin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.

Zəfər Günü yürüşü başa çatıb və tədbirin keçirildiyi ərazilər nəqliyyatın hərəkəti üçün açılıb.

2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb. Müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır. Qarabağ və Laçın dəhlizinə rus sülhməramlıları yerləşdirilib.

Ötən il noyabrın 10-da müharibənin bitməsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatla elan olunub. Lakin son 12 ay ərzində 10 noyabr bəyannaməsinin nəzərdə tutduğu kommunikasiyaların açılması ilə bağlı məsələ hələ də mübahisələr mövzusu olaraq qalır.

Ötən il ərzində tərəflər arasındakı sərhədlərdə atışma ilə müşayiət olunan gərginlik müşahidə olunub. Buna baxmayaraq bəzi təhlilçilər hesab edir ki, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib və bu, yeni əməkdaşlıq perspektivlərini açır.

Bəzi siyasi şərhçilər isə, əksinə - ötən aylar ərzində heç bir ciddi irəliləmənin olmadığını deyirlər. Onlar qarşılıqlı etimad səviyyəsinin əvvəlki kimi aşağı səviyyədə qaldığını, cəmiyyətlərin sülhə hazırlanmadığını qeyd edirlər.

Müharibənin başa çatmasının ilk ildönümündə Moskva və Ankaranın bölgədəki geopolitik oyunlarda rolları təhlil olunur. Hesab olunur ki, hər iki ölkə bu və ya digər şəkildə müharibədən sonra öz hərbi və diplomatik mövqelərini möhkəmləndirmiş oldu. Bu, Rusiyanın Qarabağda sülhməramlı qüvvə ilə mövcud olması, Türkiyənin isə rus-türk birgə monitorinq mərkəzində təmsil olunması və Azərbaycanla daha sıx əlaqələr qurması ilə izah olunur.

Bu həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin videokonfrans formatında üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İnterfaks agentliyinə təsdiqləyib.

Müharibədə Azərbaycanın 3000-ə yaxın, Ermənistanın isə 3700-dən çox hərbçisi həlak olub, itkin düşənlər hələ də axtarılır. Hər iki tərəfdə mülki şəxslər də müharibənin qurbanı olub.

Həmçinin oxuyun: