You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Tərtər sakini: "Deyirlər, evləri düzəldəcəyik, düzəltmirlər... qalmışam soyuqda"
Video açılmırsa, YouTube-dan izləyin.
44 günlük İkinci Qarabağ Müharibəsində erməni hərbçilərinin mütəmadi atəş altında saxladığı Tərtər və kəndlərində həyat yenidən qaynamağa başlayıb, amma bu dəfə həm də müharibənin gətirdiyi yeni qayğılarla.
Tərtərin Qazyan kəndinin sakinlərinin problemləri bir deyil, iki deyil.
Kimisi müharibədə mərmilərin zədələdiyi evinin təmirini gözləyir, kimisi də kəndin içməli suyunun keyfiyyətindən narahatdır.
Qazyan kəndində də, Tərtər şəhərində də mərmilərdən dağılmış evlərin yenidən tikilməsinə başlanıb.
Amma bəzi sakinlər narazıdır ki, onlara dəymiş ziyan düzgün hesablanmayıb və ya hələ də təzminat ödənməyib.
Həmçinin bax:
- Bərdəyə kasetli bomba hücumunda yaralanan sakin: "Maraqlanan yoxdur"
- Erməni hərbçilərilə "sərhəddə" yaşayan, Tərtərin Qapanlı kəndinin sakinlərinin vəziyyəti necədir?
- Gəncəyə raket zərbəsində ata-anasını, balaca bacısını itirən Xədicə indi nə edir?
- Şəhid Xudayarın anası: "Oğlumun əvəzinə canımı verərdim, amma Vətəni vermək olmaz"