You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
44 gün aramsız atəşə məruz qalmış Tərtər: Bombardman sığınacağına əlvida
Video açılmırsa, YouTube-dan izləyin.
Tərtərin hər küçəsi, hər tini müharibə dəhşətlərindən danışır: qəlpələr yaşayış binalarını deşik-deşik, pəncərələri sınıq-sınıq edib, ağacları iki bölüb.
Birinci Qarabağ müharibəsinin qəlpələrini hələ də canında gəzdirən Tərtər sakini Loğman Sadıqovun evindən əsər-əlamət qalmayıb.
Ermənistan hərbçilərinin aramsız atdığı artilleriya, top atəşlərinin birində onun evi dağılıb.
Loğman Sadıqov bir taleyi iki dəfə yaşayır: Birinci Qarabağ müharibəsində də onun evi dağılıb, ata-anası həlak olub, özü isə yaralanıb.
Müxbirlərimizin Tərtərdən reportajnı izləyin.