Erməni hərbçilərilə "sərhəddə" yaşayan, Tərtərin Qapanlı kəndinin sakinlərinin vəziyyəti necədir?

Video açılmırsa YouTube-dan izləyin.

Tərtərin Qapanlı kəndi 30 ilə yaxındır ki, təmas xəttində yelrəşir. Müharibə bitsə də, işğal edilmiş əksər ərazilər Azərbaycana qaytarılsa da, təmas xətti Qapanlı kəndi üçün bitməyib. Çünki 700-800 metr aralıda olan Ermənistan hərbi-qüvvələrinin mövqeləri hələ də qalmaqdadır.

Sakinlər deyirlər ki, 10 noyabr razılaşmasından sonra kəndə bir güllə də atılmayıb və onlar əvvəlki illərlə müqayisədə indi özlərini daha təhlükəsiz hesab edirlər. Amma onlar deyirlər ki, neytralda qalan sahələrdən istifadə edə bilmirlər və inidyə kimi mövcud olmuş postlardan o tərəfə keçə bilmirlər.