General-leytenant Kərəm Vəliyev Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib

Kərəm Vəliyev

Şəklin mənbəyi, AZTV

Prezident İlham Əliyev general-leytenant Kərəm Vəliyevi Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edib.

O, bu ilin yanvar ayında "ehtiyata buraxılan" Nəcməddin Sadıqovu əvəz edəcək.

60 yaşlı Kərəm Vəliyev bugünədək Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində idi.

İmzalandığı gündən qüvvəyə minən sərəncam bu gün sərəncam verilib.

Həmçinin izləyin: Azərbaycan Müdafiə Nazirliyi: "Nəcməddin Sadıkov ehtiyata buraxılıb"

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda izləyin. YouTube kanalımıza burada abunə ola bilərsiniz.

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yanvar ayında ehtiyata buraxılması barədə məlumatı BBC News Azərbaycancaya Müdafiə Nazirliyinin sözçüsü Vagif Dərgahlı təsdiqləyib.

Qurumdan Nəcməddin Sadıkovun ötən ilin oktyabr ayından xidmətdə olmadığı bildirilib.

Oktyabr ayında Nəcməddin Sadıkovun adı və barəsindəki məlumatlar Müdafiə nazirliyinin saytının rəhbərlik bölməsində yox idi.

Müdafiə Nazirliyi həmin vaxt onun barəsində məlumatların nazirliyin saytından nə vaxt çıxarılması və Nəcməddin Sadıkovun işdən uzaqlaşdırılıb- uzaqlaşdırılmaması barədə suallara şərh verməmişdi.

Daha əvvəl, Müdafiə Nazirliyi ötən il sentyabrın 27-si Azərbaycan və Ermənistan arasında Ikinci Qarabağ müharibəsi başlayandan sonra Nəcməddin Sadıkovun işdən çıxarılması ilə bağlı yayılmış məlumatları dərhal təkzib etmiş və bunu "yalan, iftira və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiya" adlandırmışdı.

Nəcməddin Sadıkov

Şəklin mənbəyi, Azərtac