You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyalı sülhməramlılar Qarabağda səyyar həkim qrupları yaradıblar
Video açılmırsa, burada izləyin.
Rusiya sülhməramlıları Dağlıq Qarabağda, Əsgəran rayonunda yerli sakinlərə tibbi yardım göstərmək üçün çoxfunksiyalı səyyar həkim qrupları yaradıblar, Rusiya Müdafiə Nazirliyi bildirib.
Rusiya hərbi həkimləri gün ərzində 40-a yaxın sakinə yardım göstərib. Həkim heyətləri tərkibində terapevt, cərrah və digər mütəxəssislərin olduğu deyilir.
Məlumata görə, yerli sakinlərin müraciətləri əsasən ürək-damar və endokrin sistemi xəstəlikləri ilə yanaşı müxtəlif xroniki xəstəliklərin kəskinləşməsi və diş müalicəsi ilə əlaqəli olub.
Rusiyalı sülhməramlılar Dağlıq Qarabağda 10 noyabr tarixli Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı döyüşlərin dayandırılmasına dair üçtərəfli razılaşma çərçivəsində yerləşdirilib
Azərbaycan Əsgəran rayonu 1991-ci ildə ləğv edilib və onun ərazisi Xocalı rayonunun tərkibinə verilib.