Füzuli sakini: "Yaddaşımda olanları xatırlayıb tapıram ki, hansı evdən sonra hara gəlir"

    • Müəllif, Səadet Akifqızı, Cəmilə İbrahimova
    • Vəzifə, Füzuli, BBC News Azərbaycanca

Video açılmırsa, YouTube da izləyin.

27 ildən sonra Azərbaycan hökuməti rəsmilərilə doğma yurduna gələn Şadiyə Qəhrəmanova Füzuli şəhərində ancaq bunları tapıb: quru divarlar, kol-kos basmış küçələr.

1993-cü ilin avqustunda işğal edilən Füzuli şəhəri bu il oktyabrın 17-də azad edilib. Amma şəhərin yalnız adı var: heç bir salamat bina yoxdur, vaxtilə mərkəzi küçə indi xarabalığı xatırladır.

Azərbaycan rəsmiləri deyirlər ki, işğal zamanı bu evlər salamat olub, sakinlər yalnız şəxsi əşyalarını götürüb çıxıblar.

Ermənistan hələ ki, Azərbaycanın dağıntılar barədə iddialarına rəsmi cavab verməyib.