You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İkinci Qarabağ müharibəsi - əsas hadisələrin xronologiyası
Azərbaycan və Ermənistan arasında 27 sentyabrda başlayan müharibə 44 gün davam edib. Bu müddət ərzində üç dəfə humanitar atəşkəs elan edilib. Lakin o hər dəfə pozulub.
Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, 10 noyabrda Qarabağda döyüşlər dayandırılıb və atəşkəs barədə razılığa gəlinib.
Hazırda Rusiya sülhməramlıları Qarabağdadır. Onlar 5 il müddətinə orada qalacaqlar.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək.
BBC News Azərbaycanca İkinci Qarabağ müharibəsi kimi adlandırılan döyüşlərə dair əsas hadisələrin xronologiyasını hazırlayıb.
Müharibəyə dair xəbərlər saytımızda, canlı rejimdə yenilənir.