You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Burada durub gözləyirik ki, Ağdam alınsın, ora ayaqyalın gedək", - BBC Bərdədən xəbər verir
Video açılmırsa, YouTube-dan izləyin.
Cümə axşamı günü Azərbaycan Müdafiə Nazirliyi bəyan deyib ki, Tərtər şəhəri və cümə günü Ağdamın yaxın kəndləri Ermənistan tərəfindən atəşə tutulub.
Tərtərin cəbhəyə yaxın kəndlərindən olan sakinlər BBC Azərbaycancaya deyiblər ki, qarşı tərəfin artileriya atəşlərindən kəndlərdə evlərin çoxuna ziyan dəyib, işıq, su, qaz xətləri sıradan çıxıb.
Evlərinin atəşə tutulduğunu deyən bəzi Tərtər sakinləri yaxınlıqda olan Bərdə rayonuna üz tutduqlarını deyiblər.
BBC News Azərbaycancanın müxbirləri Bərdə sakinləri ilə danışıb onların vəziyyətini öyrənib.
Bərdənin cəbə xəttinə yaxın yerləşən Soğanverdilər kəndində də atəş səsləri aydın eşidilir.
"Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur", Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 2-də bildirib.