You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Kəlbəcər qayıdır, geri qayıtmağa tələsənlər səbirsizliklə gözləyir
Video açılmırsa, YouTube-da izləyin.
Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılması üçün verilən vaxtın bitməsinə saatlar qalır. Birinci Qarabağ müharibəsi zamanı bu rayondan didərgin düşənlər tezliklə ora qayıdıb, evlərinin sağ-salamat olub-olmadığını görmək istəyirlər.
Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Bura Azərbaycan və Ermənistan arasında bu il sentyabrın 27-də başlayan, 44 gün davam edən və noyabrn 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladığı bəyanatla Azərbaycana geri qaytarılan 3 rayondan biridir.
Bəyanata görə Kəlbəcər noyabrın 15-də qaytarılmalı idi, daha sonra bu tarix 10 gün uzadıldı. Köçkünlərin rayona qayıdacaqları günün tarixi hələ açıqlanmayıb.