Rabitə Nazirliyi: "İnterneti ölkə üzrə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün məhdudlaşdırmışıq"

Rabitə Nazirliyi internet kəsilib sosial şəbəkələr işləmir internet işləmir Azərbaycanda döyüşlər cəbhədə döyüşlər Fizuli alınıb?

Şəklin mənbəyi, Getty Images

Azərbaycanda internetin verilişində məhdudiyyətlər olacaq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyir.

Bazar günü səhər saatlarında Azərbaycan Ermənistanın Tərtər, Füzulu və Cəbrayıl rayonları istiqamətində mülki şəxslər yaşayan əraziləri atəşə tutduğunu bəyan edib. Ermənistan bunu təkzib edir və atəşkəsi Azərbaycan tərəfinin pozduğunu bildirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, internetin verilişinin nə vaxt normallaşacağı bəlli deyil.

"Ölkə üzrə internetin verilişində məhdudiyyətlərin tətbiqi və sosial şəbəkələrdə yaradılan məhdudiyyət Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhdudiyyətləri hələ ki, tətbiq edəcək".

Nazirlik sözçüsü "vətəndaşların və medianın bunu anlayışla" qarşılayacağına ümid etdiyini bildirib.