Azərbaycan Respublika Gününü necə qeyd edir?

Şəklin mənbəyi, Mustafa Hacıbəyli
Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika Azərbaycanda yaranıb.
Azərbaycan Demokratik Respublikasının (ADR) və ya Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması 1918-ci il mayın 28-də Tbilisidə Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Cəmi 23 ay davam edən ADR 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Şəklin mənbəyi, Mustafa Hacıbəyli
Mayın 28-də Müsavat Partiyasının başqanı Arif Hacılı, İsa Qəmbər, Gülağa Aslanlı, Mustafa Hacıbəyli və digərləri Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, sədr müavini Seymur Həzi və digərləri də Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edərək gül dəstələri qoyublar.

Şəklin mənbəyi, Mustafa Hacıbəyli
Polis ziyarətçiləri sosial məsafə qaydaları çərçivəsində abidəyə 5 nəfər olmaqla buraxıb.

Şəklin mənbəyi, Bakı Limanı
28 may Respublika Günü ilə əlaqədar olaraq Bakı Limanının quru yük terimanlında 54 konteynerdən istifadə olunaraq "Azərbaycan" sözü yazılıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Britaniyanın Azərbaycandakı səfiri James Sharp təbrik mesajında "Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm! Böyük Britaniya müstəqil və güclü Azərbaycanı dəstəkləyir" sözlərini qeyd edib.
Məzmun mövcud deyil
Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.Paylaşımın sonu Facebook
Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas da təbriklərə qoşulub. O, paylaşdığı təbrik mesajında Azərbaycan dilində "Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm" deyib.
ABŞ Dövlət katibi Mike Pompeo Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. ABŞ Dövlət Departamentinin veb-saytında dərc olunan təbrikdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın otuz ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrini saxladığı qeyd olunur.
Türkiyə parlamentinin spikeri Binali Yıldırım, Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, İstanbul Büyükşehir Bələdiyyəsinin sədri Ekrem İmamoğlu, aktyor Cüneyt Arkın və digərləri Azərbaycanın Respublika günü münasibətilə sosial şəbəkə hesablarından təbrik paylaşıblar.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
Binali Yıldırım Twitter hesabında "Can Azərbaycanın 102-ci quruluş il dönümünü təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına salamlarımı çatdırıram. İki dövlət, tək millət" yazıb.

Şəklin mənbəyi, APA
İstanbulun 15 Temmuz Şəhidlər, Fatih Sultan Mehmet və Yavuz Sultan Selim körpüləri, "Galata qülləsi" Azərbaycan bayrağının rənglərinə uyğun işıqlandırılıb.





