ADR 100: ADR və İrandakı ticarət imkanları

Şəklin mənbəyi, Azərbaycan Republikası Kino-Foto Sənədləri Arxivi
- Müəllif, Dr. Harun Yılmaz
- Vəzifə, Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü
Azərbaycan Respublikasının iqtisadi imkanları təkcə neft sənayesi ilə məhdudlaşmırdı. Azərbaycan eləcə də qonşuları üçün mühüm ticari qovşaq rolunu oynayırdı. Qonşulardan biri də İran idi.
Bundan əvvəlki onillik ərzində Azərbaycanın İran ixracı üçün mühüm körpü və ya dəhliz olduğu və bundan faydalana bildiyi aydınlaşmışdı.
İranın illik ixracaatının 60-65 faizi Xəzər dənizi və Bakı limanından keçməli idi.
O zaman İranın ən iri xarici ticarət partnyoru Rusiya idi.
Bu bir həqiqətdir ki, 1918-ci ildə Rusiya bazarı vətəndaş müharibəsi səbəbinə görə həmişə açıq olmayıb.
Avropa bazarlarında isə Iran məhsullarına həmişə tələbat olub.
Bakı yenə də tranzit mərkəzi əhəmiyyətini qoruyub saxlayırdı.
Malların Avropaya daşınması üçün Bakı Batumiyə aparan dəmiryol xəttinə malik olub.
Hökümət və əvvəlki təcrübələrinə güvənən Bakının iş adamları 1918-ci ildə İranla ticari əlaqələri bərpa etmək arzusunda olublar.

Şəklin mənbəyi, AZERBAIJAN STATE ARCHIVE
Azərbaycanı 1918-ci ildə İran üçün mühüm ticarət dəhlizinə çevirən nə idi?
İlk növbədə İranın pambığı üçün Azərbaycan ən uyğun ixrac dəhlizi idi.
1918-ci ilə qədər İranın bir nömrəli ixrac məhsulu məhz pambıq olub.
Bu pambığın, demək olar ki, hamısı İranın Azərbaycana yaxın yerləşən vilayətlərində istehsal olunub.
Pambığın becərilməsi isti iqlim və bol su ehtiyatı şəraitində mümkündür.
Belə bir iqlim şəraitinə İranda yalnız Gilan və Mazandaran vilayətlərində rast gəlinir.
İsti və nəmişli iqlimilə seçilən həmin ərazilər Xəzərin İran sahilində yerləşir.
Ölkənin qalan bölgələrinin iqlimi isti, lakin xeyli dərəcədə quru idi.
Rusiyadakı 1917-ci ilin inqilablarına qədər İranın sahilyanı ərazilərinin hamısında pambıq yetişdirilib.
Həmin pambıq sahələrinin yaxınlığında yerləşən Bakı bu xammalın Avropaya daşınması üçün yeganə əlverişli dəniz limanı idi.
İranın pambıq məhsulu Avropaya Bakı-Batumi ticari dəhlizi ilə ixrac edilə bilərdi.
Pambıqla yanaşı Bakı İran xalçaları üçün də artıq ticarət kanalına çevrilmişdi.
İran xalçaları əsrlər boyu dünyada məşhur olub.
Xalça ticarəti əhəmiyyətinə görə İranın ixracaat malları siyahısında 3-cü yerdə gedib.
Xalçalar ölkənin müxtəlif bölgələrində toxunaraq Ənzəli limanına gətirilib.
Oradan da gəmilərlə Bakıya, Bakıdan yük qatarları ilə Batumiyə, oradan isə Avropaya daşınıb.
20-ci əsrin əvvəllərində İran xalçaları getdikcə artan sayda ABŞ-a ixrac olunub.
Azərbaycan bu gəlirli biznesin dəhliz qismində tərkib hissəsi olmaqda davam edə bilərdi.
İran ixracaatında dördüncü ən böyük gəliri təmin edən məhsul düyü idi.
Düyü də pambıq kimi İranın Bakıya qonşu olan ərazilərində becərilirdi, çünki pambıq kimi düyü üçün də isti iqlim və bol su ehtiyatı gərəkdir.
Bu səbəbdən düyü sahələri də Xəzərin sahilyanı ərazilərində yerləşirdi.
Mazandaran düyüsünün şöhrəti xüsusilə geniş yayılmışdı.
1918-ci ilə qədər bütün bu düyü Rusiyaya ixrac olunurdu.
Həmin düyü İranın başqa bölgələrinə satılmırdı, çünki Mazandarını Fars yaylası ilə bağlayan ölkədaxili yol şəbəkəsi inkişaf etməmişdi.
1918-ci ildə Rusiya bazarına çıxış daralmışdı.
Lakin həmin düyü böyük həcmdə Bakı limanına gətirilərək Qafqaz üzərindən dəmiryol şəbəkəsilə xaricə, Avropaya ixrac oluna bilərdi.
Ticarətçilər və rəsmilər Bakıda Azərbaycanın belə kommersiya imkanlarından xəbərdar idilər, çünki onlar Bakının bu mühüm rolun öhdəsindən necə gəldiyinin şahidi olmuşdular.
Bakı bundan əvvəlki onillik ərzində mühüm ticarət dəhlizi kimi öz əhəmiyyətini sübut etmişdi.
Bakı limanında həmişə gəmilər qaynaşıb: paroxodlar Bakı ilə Ənzəli və İranın Xəzərdəki digər limanları arasında ora-bura şütüyüb.
Bu, Bakı və Azərbaycan əhalisi üçün qazanc və iş yerləri demək idi.
Eyni zamanda gənc dövlət üçün bu, tranzit ödənişləri və gömrük rüsumları demək idi.
Azərbaycan milli hökümətinin rəsmiləri İranla ticari fəallığı yenidən canlandırmaq istəyirdilər.
Bakı İran ixracının 60-70 faizi üçün Qafqaz və Avropa bazarlarına çıxaran körpü rolunu oynaya bilərdi.
Mövcud müasir nəqliyyat infrastrukturu, Bakı-Batumi dəmiryol xətti, Xəzərdəki gəmi donanması irihəcmli ticari daşımaları həyata keçirmək üçün hazr vəziyyətdə idi.

Şəklin mənbəyi, AZERBAIJAN STATE ARCHIVE
Bu, Azərbaycan üçün əlverişli şərait yaradırdı.
İranın düyü və pambıq becərilən bölgələri də Bakı və Azərbaycandan asılı vəziyyətdə idilər.
Onlar üçün xaricə yeganə çıxış yolu Bakıdan keçirdi.
İqtisadi baxımdan onlar İranın qalan hissəsindən təcrid olunmuş vəziyyətdə idilər.
O zaman İranda dəmiryolu yox idi, yük maşınları üçün yaxşı yollar yox idi.
Digər tərəfədən, ölkədə kifayət qədər sayı olan yük maşınları parkı da yox idid.
Böyük həcmdə məhsulun daşınmıasını təşkil etmək çətin bir problremi idi.
Bu səbəbdən də İranın qalan hissəsi Xəzər regionunda istehsal edəilən düyünü istehlak edə bilmirdi.
Düyünü Hindistandan gətirmək daha asan idi, nəinki onu Mazandarandan daşımaq.
Azərbaycan nümayəndələri İrana səfər edəndə siyasi məsələlərlə yanaşı ticari imkanları da müzakirə etmişdilər.
Əməkdaşlıq qurulsaydı, bundan həm azərbycanlılar, həm də iranlılar qazanacaqdılar.

Şəklin mənbəyi, Topical Press Agency
Lakin qarşıda hələ ciddi siyasi və iqtisadi problemlər dururdu.
Nəzəriyyənin irəli sürdüyü fayda barədə proqnozlar real gerçəkliklə üzləşərkən heç də həmişə öz təsdiqini tapmır.
Bu məsələ barədə növbəti yazıda bəhs ediləcək.





