Günəmuzd işləyənlərə dövlət necə dəstək göstərəcəkʔ

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycan höküməti koronavirusdan ziyan çəkmiş əhaliyə yardım paketini elan edib, amma bu plandan vətəndaşların necə faydalanacağı məlum deyil.

Hökümət martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edib.

Xüsusi rejimin şərtlərinə görə, ölkədə əksər ictimai-iaşə obiyektləri, kafelər, restoranlar, gözəllik salonları, bərbərxanalar, ticarət mərkəzləri kimi yerlər fəaliyyətini dayandırıb.

Rəsmi orqanlar hər gün əhalini evdə qalmağa, karantin şərtlərinə əməl etməyə çağırır, amma Bakıda və bölgələrdə çox sayda günəmuzd çalışan insan bu vəziyyətdən şikayət edir.

Bakıda yaşayan Neman Hüseynov deyir ki, o günəmuzd işləyib, amma iş yeri bağlanadan sonra maddi çətinliklərlə üz-üzə qalıb.

"Bir neçə yerə getdim məsələn tikintiyə fəhlə işləməyə getdim amma iş tapabilmədimm. Kubik, qum daşımaq istədim olmadı. Evdə gündəlik xərclər var, evin kirayəsi, körpə uşağın yeməyi, evin ərzaqları və sair. Gündəlik gəliri fərqli olsa da ümumi olaraq 15 manat demək olar. Amma gündəlik xərcinin elə gündəlik xərcələri də 10-15 manat ətrafında olub. Deyir ki, ancaq kirayə və gündəlik xərcləri ödəyib." - Neman Hüseynov deyib.

Başqa bir Bakı sakini BBC News Azərbaycancaya deyib ki, o da ticarət mərkəzlərinin birində günəmuzd zərgər kimi çalışıb, amma bir 20 günə evdən çölə çıxa bilmir.

Ramin Ələsgərov deyib ki, Ticarət mərkəzi bağlanandan o və onunla birgə çalışan yüzlərlə kiçik sahibkar işləyə bilmir.

Onun sözlərinə görə, işlədikləri zaman gündəlik 25-30 manat ətrafında gəlirləri olub, amma iş dayanandan sonra gəlir mənbəyi yoxdur.

"Aylıq xərcləri isə ev kiraayəsi 300 manatdan gündəlik bu 10 manat edir üstəgəl günlük komunal xərclər hardasa 2 manat, sonra 5-6 manatda gündəlik ırzaq, yemək xərcləri. Beləliklə evdə qal prinsipinə əmal edəndə gündəlik xərc 17-20 manata gəlib çıxır." - Ramin Ələsgərov deyib.

Onun sözlərinə görə, nəinki o, onunla bərabər işləyən onlarla şəxs heç bir sosial müdafiə və ya vergi ödəməyib.

"Bizim işimiz ustalar, fəhlələr, evdə fəaliyyət göstərənlər kimidir. Əslində biz işsizik. Ona görə bizim heç bir yerdə qeydiyyatımız yoxdur. Kimsə bir nəfər bir dükan götürüb orada dörd-beş nəfər usta-zərgər kimi işləyir və dükana görə vergi ödənilib və o pul da hamı arasında bərabər bölünərək ödənilib, amma fərd olaraq sosial və ya vergi ödəməyib." - Ramin Ələsgərov deyib.

İqtisadi məsələlər üzrə şərhçi Rövşən Ağayev hesab edir ki, Azərbaycanda ümumi işçi qüvvəsinin üçdə biri leqaldır. Belə olan halda tələbin dəstəklənməsinə "qara iqtisadiyat" və yanlış statisitka mane olur.

Onun sözlərinə görə, "qara mühasibatlıq və qeyri-leqal məşğulluq sosial dəstək məsələsini çətinləşdirir.

"Böyük miqyaslı qeyri-leqal məşğulluq var, bu seqmentdə yaranan real gəlirlər barədə məlumat yoxdur. Böhran isə rəsmi və qeyri-rəsmi iqtisadiyyat tanımır - hər ikisini vurur. Amma rəsmi iqtisadiyyat dəstək alır, ikinci qalır köməksiz" - Rövşən Ağayev deyib.

Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatına və koronovirusdan ziyan çəkən əhali qrupuna dəstək tədbirlər görülməsi üçün sərəncam imzalayıb. Sərəncamda dəyəri 2.5 milyard manat olan proqram göstərilib.

Baş nazirin yeni imzaladığı sosial paketdə yalnız işləyən və ya işsiz kimi rəsmi qeydiyyatdan keçmiş şəxslərə dəstək nəzərdə tutulur.

Planda 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması nəzərdə tutulur, o cümlədən işsiz kimi qeydiyyatdan keçənlərə yaşayış minimumu həcmində birdəfəlik yardım veriləcək.

Bəzi iqtisadçılar hesab edirlər ki, bu sosial paket heç də bütün qeyri-leqal günəmuzd çalışanları əhatə edə bilməyəcək və ona görə də maddi risk qrupu altında olan bu şəxslər və ailələr təcili müəyyənləşdirilib sosial dəstəyə cəlb olunmalıdırlar.

Dəstək paketində vəsaitin bölünməsi və icra mexanizmi haqqında rəsmi qurumlardan şərh almaq mümkün olmayıb.