"8 Marş" yürüşü iştirakçısının intihara cəhdilə bağlı cinayət işi açılıb

"8 Marş" yürüşünü iştirakçısı Aysel Ələkbərzadənin intihara cəhdi ilə bağlı cinayət işi başlanılıb
Şəklin alt yazısı, "8 Marş" yürüşünü iştirakçısı Aysel Ələkbərzadənin intihara cəhdi ilə bağlı cinayət işi başlanılıb

8 mart günü Bakının mərkəzində keçirilmiş qadınların etiraz aksiyasında ''Vagina mənimdir..." şüarı tutduqdan sonra tənqidlərə məruz qalmış gənc qadın intihara cəhd göstərməsi ilə bağlı cinayət işi başlanıb.

24 yaşlı Aysel Ələkbərzadənin işi ilə bağlı "özünü öldürmə həddinə çatdırma" üzrə cinayət işi başlanılıb, Baş prokurorluqdan bildirilib.

"Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaqdır", - Baş Prokurorluğun sözçüsünün açıqlamasında qeyd olunur.

"Mən aksiyanın təşkilatçısı və iştirakçısı deyiləm!", Xədicə İsmayıl bununla bağlı BBC News Azərbaycancaya bildirib.

Rəbiyyə Məmmədova isə bildirib ki, "Feminist hərəkatı bəyanatını yayıb. Aysel öz Facebookunda intiharın şəxsi münasibət zəminində olduğunu bildirib. Bundan artıq heç nə deyə bilmərəm".

"8 marş - Bizimdir hürr küçələr" yürüşünün təşkilatçıları "patriarxal normaların aradan qaldırılmasına" yönələn aksiyada iştirak edən Aysel Ələkbərzadənin təşkilat heyətində olmadığını bildirir. Aksiyanı təşkil edən heyət adından yayılmış açıqlamada o, "öz şəxsi ifadə azadlığından" yararlanan "yürüş iştirakçısı" kimi təqdim olunur.

Hökumətyönümlü media tərəfindən hədəfə alındığını bildirən yürüş iştirakçıları "ciddi kampaniya" ilə üzləşdiyini bildirirlər. Açıqlamada, yürüşün "əsas hədəflərindən uzaqlaşdırmağa" yönəlmiş kampaniya pislənilir.

"...çoxsaylı şüarlar arasında məhz birinin qəsdən tirajlandığını nəzərə alaraq, bu qənaətə gəlirik ki, biz hökumət tərəfindən ciddi bir qüvvə kimi qəbul edilirik", - bəyanatda deyilir.

24 yaşlı Aysel Ələkbərzadə Bakının Yeni Yasamal kimi tanınan ərazisində özünü ikinci mərtəbədən atıb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BBC News Azərbaycancaya bildirilib.

TƏBİB-in məlumatına görə, bədən xəsarətləri alan qadının "vəziyyəti ağır-stabildir".

"Sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır."- məlumatda bildirilib.

"8 Marş" qadınların yürüşünə qatılan iştirakçılardan biri intihara cəhd edib
Şəklin alt yazısı, 8 mart günü Bakının mərkəzində keçirilmiş qadınların etiraz aksiyasında ''Vagina mənimdir..." şüarı tutmuş qadın intihara cəhd göstərib.

Rəsmi məlumatda Aysel Əlizadənin "8 Marş" qadınların yürüşündə aktiv iştirak edənlərdən biri olduğu qeyd olunub - Bakıda "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirilib.

Prokurorluğun açıqlamasında qeyd olunur ki, Aysel Ələkbərova hadisədən əvvəl özünə məxsus "Facebook" səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə məlumat paylaşıb.

İntihara cəhd edən gənc qadının yaşadığı binanın komendantı bildirib ki, "hadisə səhərə yaxın olub və təcili yardım gəlib aparıb. Hazırda reanimasiyadadır".

"8 Marş" qadınların yürüşünə qatılan iştirakçılardan biri intihar edib

TƏBİB-in məlumatına görə, xəsarət alan qadın haqqında çərşənbə axşamı günü səhər 05:22-də təcili yardıma çağırış olub.

"O səhər saat 6-da Klinik Tibbi Mərkəzə çatdırılıb." TƏBİB-dən bildirilib.

İntihar etdiyi deyilən qadının keçmiş həyat yoldaşı xəbəri BBC News Azərbaycancaya təsdiqləyib.

Onun sözlərinə görə, dörd aya yaxındır ayrıldıqlarından onunla və yaxınları ilə əlaqəsi olmayıb.