Şuşadakı Gövhər Ağa məscidi bərpa edilib

Şəklin mənbəyi, IDeA Foundation
Tanınmamış "Dağlıq Qarabağ Respublikası" rəsmiləri Şuşada yerləşən 19-cu əsrə aid Gövhər Ağa məscidini restavrasiya edib.
Məscid əhalisinin hamısı xristian olan ərazidə bərpa edilərək turistlərin istifadəsinə verilən ilk müsəlman abidəsidir.
Joshua Kucera-nın "Eurasianet" nəşri üçün yazdığı məqalədə deyilir ki, məscidin bərpa olunması həmin ərazidə yaşayan ermənilər və Qarabağdan kənarda yaşayan azərbaycanlılar tərəfindən mənfi qarşılanıb.
Məlumata görə, Yuxarı Gövhər Ağa məsçidi Dağlıq Qarabağın ən böyük şəhəri olan Şuşada 1880-ci ildə inşa olunub.
20-ci əsrin əvvəllərində ərazi Sovet idarəçiliyinə keçdiyində məscid muzey kimi istifadə olunub, müəllif yazır.
1990-cı ilin əvvələrində məscid ermənilər və azərbaycanlılar arasında Qarabağla bağlı müharibə zamanı zədələnib və şəhərin müsəlman əhalisinin oradan qaçmasından sonra yararsız vəziyyətə düşüb, o əlavə edir.
Məscid restavrasiya edildikdən sonra, rəsmi olaraq oktyabr ayında onun açılışı keçirilib.

Şəklin mənbəyi, IDeA Foundation
Məscid "Şuşanin multi-kultural irsinin ayrılmaz bir hissəsidir" və onun bərpası şəhərin "tarixi və memarlıq irsinin qorunub saxlanması və artırılması üçün hazırlanmışdır", bərpanı maliyyələşdirən IDeA Fondunun "Artsax İnkişaf Proqramının" meneceri Suren Amirbekyan Eurasianet-ə bildirib.
Qarabağdakı rəsmilər bu addımın bölgənin tarixi mərkəzi olan Şuşaya eyni zamanda turizm də gətirəcəyinə ümid edirlər.
"Əlbəttə ki, məscidin bərpası yalnız müsəlman turistləri deyil, çoxlu digər dinləri və dini olmayan turistləri də cəlb edəcəkdir, çünki bu, çox gözəl bir memarlıq abidəsidir" deyə tanınmamış "Dağlıq Qarabağ respublikası"nın Mədəniyyət Nazirliyinin Turizm və Tarixi Mühiti Mühafizə şöbəsinin müdiri Artak Qriqoryan Eurasianet-ə bildirib.








