Müharibədən öncəki Qarabağ - sizin şəkillər

Dağlıq Qarabağda müharibədən əvvəl çəkilmiş fotoşəkillər. Bölgədə müharibə başlayandan sonra Qarabağı tərk etməyə məcbur olmuş və müharibədən əvvəl Qarabağa səyahət etmiş izləyicilərimiz orda çəkdikləri fotoları BBC Azərbaycancaya göndəriblər.

Şəklin mənbəyi, Elchin Guliyev

Elçin Quliyev fotonun 1991-ci ildə Cəbrayılın Tinli kəndində çəkildiyini deyir.

Şəklin mənbəyi, Mehriban Mehriban

Şuşa, Cıdır düzü. 1987-ci ilin iyul ayı. Fotonu Mehriban adlı izləyicimiz göndərib.

Şəklin mənbəyi, Esmer Aliyeva

"Molla Pənah Vaqifin ağacdan oyma heykəli. Şuşa bazarına geden yolda yerləşirdi, yanında kitabxana və texniki peşə məktəbi yerləşirdi. Atam 1985-ci ildə çəkib bu fotonu," Əsmər Əliyeva.

Şəklin mənbəyi, Murad Gassanly

Hazırda Londonda yaşayan Murad Həsənli anası ilə birgə. Şuşa, 1981-ci il.

Şəklin mənbəyi, Emin Zeynalov

Emin Zeynalov atası və anası ilə birgə. Şəkil 1987-ci ildə Şuşada, Cıdır düzündə çəkilib.

Şəklin mənbəyi, Elchin Guliyev

Cəbrayıl rayonu Quycaq kəndi, 1989-cu ilin Novruz bayramı, Quliyevlər ailəsi. Fotonu bizə Elçin Quliyev göndərib.

Şəklin mənbəyi, Kemale Mammadli

"Böyük görünən qız mənəm. Şuşada səyahətdə son fotomuzdur. Atam, anam və bibimlə birgə. Həmin gün Şuşanın Tarix muzeyini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Natavanın özünü atdığı qayanı gəzib, İsa bulağına enmişdik. Bulağın yanında üçlük "Şuşanın dağları" mahnısını oxuyurdu. Çox gözəl xatirələrim var," hazırda İngiltərədə yaşayan Kəmalə Məmmədli yazır.

Şəklin mənbəyi, Nurlan Mammadov

Nurlan Məmmədovun göndərdiyi bu şəkil 1986 ci ildə Laçında, İsti suda çəkilib.

Şəklin mənbəyi, Elchin Guliyev

Şuşa Pedaqoji Məktabinin kitabxanaçılıq kursunun tələbələri, 1-ci buraxılış. Müəllif: Elçin Quliyev.

Şəklin mənbəyi, Murad Gassanly

"Sağda mən anamın qucağındayam. Soldakı Murad Vəzirov və ailəsidir. Vəzirovlar Qarabağın tanınmış ailələrindəndirlər. Murad Vəzirovun atası Süleyman Vəzirov Sovet dövrünün məşhur azərbaycanlı memarı olub," Murad Həsənli. Şəkil Malıbəylidə çəkilib.

Şəklin mənbəyi, Tural Sadikhov

Şuşa, Cıdır düzü, 1987-ci ilin avqust ayı. Şəkildəki azyaşlı Tural Sadıxovdur.

Şəklin mənbəyi, Nermin Belen

Foto 1991-ci ildə Şuşada, İsa bulağında çəkilib. Nərmin Belen anası və qardaşı ilə birgə.

Şəklin mənbəyi, Elchin Guliyev

Şuşa Pedoqoji Məktəbi, 1979-cu il. Fotonu bizə Elçin Quliyev göndərib.

<bold>Həmçinin izləyin</bold>: <link type="page"><caption> Laçın dəhlizindən son görüntülə</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/04/160405_lachin_corridor" platform="highweb"/></link>r