"Azərbaycan "Əsrin müqaviləsi"ni bu gün bağlasaydı, şərtlər daha ağır olardı", Sabit Bağırov
Video açılmırsa YouTube-da izləyin.
Səadət Akifqızının Sual vaxtı YouTube proqramının qonağı Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov olub.
O "Əsrin müqaviləsi"nin 25 illiyi, müqavilənin Daqğlıq Qarabağ münaqişəsinin həllinə təsirləri, Rusiyanın müqavilədə maraqları, neft sazişinin dəyişən şərtləri barədə fikirləri şərh edib.
Sabit Bağırov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində çalışıb.
1994-cü il sentyabrın 20-də Azərbaycan və 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti arasında məhsulun bölüşdürülməsinə dair saziş - tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş sənədi imzalayıblar.





